Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fətəli Xan Xoyskinin məzarı ziyarət olunub

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, o cümlədən Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin xatirəsi anılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görkəmli dövlət və siyasi xadimin Nəbatat bağındakı görkəmli azərbaycanlıların panteonundakı məzarı qətlinin 102-ci ildönümü günündə ziyarət olunub.

Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları iştirak ediblər. F.Xoyski ilə yanaşı, AXC parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və onun ailə üzvlərinin də məzarları önünə gül dəstələri düzülüb.

F.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, AXC banilərinin əziz xatirələri hər zaman böyük hörmət və ehtiramla anılır: “SOCAR şirkətinin Gürcüstan nümayəndəliyi tərəfindən 2012-ci ildən panteon xüsusi nəzarətə götürülüb. Məkanın mühafizəsi və təmizliyinə nəzarət üçün bir bağban-nəzarətçi ayrılıb. Panteonda səliqə-sahman işlərinin aparılmasını nəzarətdə saxladığına görə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Səfir qeyd edib ki, ötən ilin fevralında Tbilisi meri Kaxa Kaladze ilə keçirdiyi görüşdə Botanika bağı ərazisində panteona aparan yolda göstərici nişanların quraşdırılması ilə bağlı müraciət təqdim olunub: “Müraciətimiz əsasında ötən ilin iyun ayında Botanika bağında üç yerdə məlumatlandırıcı-göstərici nişanların dirəklərinə panteona istiqamət göstərən lövhələr əlavə edilib. Lövhələrin quraşdırılması ilə ziyarətçilərin panteonun yerləşdiyi məkanın istiqamətini müəyyən etməsi asanlaşıb”.

Diplomat həmçinin bildirib ki, panteon ərazisində səfirliyin təşəbbüsü ilə AXC qurucularının məzarları yaxınlığında lövhənin quraşdırılması planlaşdırılır: “Lövhə üzərində F.Xoyski və H.Ağayev barədə bioqrafik məlumatlar əks etdiriləcək. Bu layihənin qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub. Məqsəd panteona baş çəkən həm yerli, həm də xarici ziyarətçilərin Azərbaycanın iki görkəmli dövlət xadimi barədə ətraflı məlumatlandırmaqdır”.

Xatırladaq ki, F.Xoyski 1918-1920-ci illərdə AXC-nin ədliyyə, daxili işlər naziri, Nazirlər Şurasının sədri və xarici işlər naziri olub. O, AXC-nin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra Tbilisiyə mühacirət edib. 1920-ci ilin iyunun 19-da Tbilisinin Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) “Daşnaksütyun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan tərəfindən arxadan güllə ilə vurularaq qətlə yetirilib.

H.Ağayev isə bir ay sonra - həmin ilin iyulun 19-da Tbilisidə muzdlu erməni terrorçu tərəfindən qətlə yetirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar