Cümə, 22 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Fərid Qayıbov cüdo federasiyasının fəaliyyəti və Bakı Olimpiya Stadionu ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti və Bakı Olimpiya Stadionu ilə tanış olub.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparıb, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident, Olimpiya çempionu Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat veriblər. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Daha sonra F.Qayıbov Bakı Olimpiya Stadionuna baxış keçirib. Stadionun direktoru Cavid Qarayev naziri stadionla tanış edib, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi barədə onu məlumatlandırıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Əli İnsanovun partiyası qeydiyyata alındı - Foto

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

Putin: “İlham Əliyev Qarabağ məsələsində müdriklik nümayiş etdirdi”

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Rusiya prezidenti Zəngəzur dəhlizindən danışıb  

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

Ən çox oxunanalar