Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: “Zəngəzur dəhlizinə Rusiya nəzarət etməlidir”

“Əslində, irəlidə belə proseslərin olacağını hər kəs nəzərə almalı idi. İlkin dövrdə ermənilər məcbur olub üç rayonumuzu boşaltdılar. Biz bu rayonlarda məskunlaşdırma prosesini çətin də olsa, reallaşdırmalıyıq. Amma bizim imkanımız yoxdur ki, eyni vaxtda bütün əraziləri minalardan təmizləyək. Bu, vaxt aparacaq məsələdir. Ona görə də, bizim prosesə yanaşmamız o cəhətdən doğrudur ki, Rusiyanın özünün də müqaviləyə əməl etməsi istiqamətinə üstünlük veririk. Bu da doğru addımdır. Çünki Rusiya bu məsələ ilə bağlı ermənilərin adından təminat verib. Zəngəzur dəhlizi erməni məsələsi deyil. Bu dəhlizə Rusiya nəzarət etməlidir”.

PİA.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, əgər bu dəhliz açılmasa, Rusiyanın missiyası tamamilə uğursuzluğa düçar olar və Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxılmasını gündəmə gətirə bilər: “Çünki biz Rusiya sülhməramlılarına deməmişik ki, gəlib Laçın dəhlizində ermənilərin təhlükəsiz gediş-gəlişini komfort şəkildə təmin etsinlər. Laçın dəhlizi ilə paralel Zəngəzur dəhlizi məsələsini də qoymuşuq və buna əməl edilməməsi bölgədə üçtərəfli razılaşmadan irəli gələn prosesi dayandıra bilər. Rusiya da bunda maraqlı deyil. Nəzərə alın ki, Rusiya problemi həll edə bilmədiyini ortaya qoysa, regiona digər ölkələrin müdaxilə imkanları genişlənəcək. Bu halda Fransa, ABŞ və digər ölkələr boy göstərəcək. Rusiya da istəmir ki, burada başqa bir tənzimləyici güc ortaya çıxsın. Odur ki, Rusiyanın bu məsələdə bizimlə üst-üstə düşən maraqları var. Bu maraqların daha çox Rusiya üzərindən təmin olunmasına çalışırıq. Fikrimcə, bu da doğru yanaşmadır. Çünki bizim İrəvanla birbaşa dialoqumuz yoxdur. Ermənistan cəmiyyətində özbaşınalıq, hakimiyyətsizlik hökm sürür. Bu mərhələdə orada kiminsə öz üzərinə məsuliyyət götürməsi çətin məsələdir. Seçkilərdən sonrakı dövrdə Ermənistanda kimsə üzərinə məsuliyyət götürməli və müqavilə şərtlərini həyata keçirməlidir. İndiki erməni iqtidarı üçtərəfli sazişi dövlətin adından imzalayıb. Əgər seçkidən sonrakı mərhələdə qəti addımlar atılmasa, Azərbaycan öz cəza tədbirlərini ortaya qoymalıdır”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar