Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: "Zəfər Kuboku kimi turnirlərin cəmiyyətə təsiri böyük olacaq"

"Əvvəlcə turnirin təşkilatçılarına və iştriakçılarına təşəkkürümü bildirirəm. Azərbaycanda futbolun populyarlaşması istiqamətində çox ciddi addımlar atılmalıdır vacibdir. Bugünkü turnir də bu baxımdan vacibdir".

Bunu Milli Məclisin deputatı Fazil Mustafa İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda C qrupunun "Xankəndi" - "Ağdam" oyunundan (2:2) öncə deyib.

O bildirib ki, ölkə futbolunu məhəllə-məhəllə, bölgə-bölgə, şəhə-şəhər populyarlaşdırıb, respublika miqyasına çatdırmağa və dünyada tanıtmağa çalışmalıyıq: "Bu tədbir həm də ona görə əhəmiyyətlidir ki, jurnalistlərimiz işğaldan azad olunmuş torpaqlarımızın adı ilə meydana çıxır və həmin ərazilərdə idman həyatını dirçəltməli olduğumuzu gündəmə gətirirlər. Bu da sevindirici haldır. Bu cür turnirlərə sponsorluq edən iş adamlarına təşəkkür edirəm".

F.Mustafanın sözlərinə görə, Azərbaycanda futbol həyatı canlansa, narkomaniyanın, gənclərin başqa pis vərdişlərə yönəlməsinin qarşısı alınar: "Artıq əvvəlki kimi binaları tikəndə futbol, basketbol meydançalarını zəbt edib dağıtmayacaqlar və idman Azərbaycanda kütləvi hərakata çevriləcək".

Deputat bu cür yarışların cəmiyyətə təsirinin böyük olacağını vurğulayıb: "Yaxşı olar ki, turnirlə bağl reportajlar telekanallarda da yaymlansın ki, insanlar futbolun nə qədər vacib idman növü olduğunu görsünlər. Futbolu Azərbaycanda sevilən idman növünə çevirmək üçün biz də əlimizdən gələni etməyə hazırıq. Bir daha hərkəsə uğurlar arzulayıram".(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar