Milli Məclisin deputatı Fazil Mustafa meyxanaçı Elşən Xəzərin müzakirəyə yaradan yeni qəzəlini tənqid etdiyi üçün bir qrup şəxs tərəfindən təhqir olunub. Deputatı təhqir edənlərin arasında Avstriyadakı Azərbaycan Evinin rəhbəri Fərid Əzizov, həmçinin deputatlığa keçmiş namizəd Güloğlan Cabbarov da var.
Fazil Mustafa Pravda.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin mövqeyindən çıxış edib.
"İran agenturasının ayrı-ayrı təmsilçilərinin, yaxud bir neçə nəfər cahilin təhqirinə elə bizim əvəzimizdən yüzlərlə insan, Azərbaycan xalqı cavab verir. Hesab edirəm, bu cavablar kifayətdir. Təhqir edən tərbiyəsini göstərir. Tərbiyəsizlə müzakirəyə girmirlər ki... Fikri deyirlər. Allahın izni ilə onlar da ağıllanar, islah olunarlar. Azərbaycan xalqının maraqlarına qayıdarlar”.
pia.az