Azərbaycanla Türkiyə arasındakı münasibətlər təmənnasızdır və əsas qayəsi çətin vaxtlarda bir-birini dəstək durmaqdır.
Bunu REAL TV-ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O,bildirib ki, Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri dünyaya bir nümunədir.
Millət vəkili böyük tarixə söykənən Türkiyə Azərbaycan qardaşlığının bundan sonra da davam edəcəyini söyləyərək hər an Türkiyənin yanında olduğumuzu vurğuladı.
pia.az