Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faşistlərin ilk əsir düşərgəsi – Xlemnoda saxlanılanlar ölüm kameralarında diri-diri yandırılıb

İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası ilk əsir düşərgələrindən birini işğal olunmuş Polşa ərazisində, Xlemno kəndində salıb.

“Kulmxof” adı ilə rəsmiləşən düşərgənin fəaliyyəti tam məxfi saxlanılıb, əraziyə yalnız xüsusi buraxılışı olan yüksək ranqlı hərbçilər və məmurlar buraxılıblar. Düşərgənin fəaliyyəti Adolf Hitlerin şəxsi nəzarəti altında saxlanılıb.

Xlemno düşərgəsi bir-birindən dörd kilometr aralı iki hissədən ibarət olub. Birinci hissə kəndin içərisində, ikinci hissə isə meşə ərazisində yerləşib ki, onun şərti adı “meşə düşərgəsi” adlandırılıb.

Düşərgə birbaşa Almaniya Təhlükəsizlik Baş İdarəsinin tabeliyində olub. Düşərgədə mühafizəçi və nəzarətçi qismində 180 nəfər xidmət edib.

İki il ərzində Xlemno düşərgəsində 370 min nəfər öldürülüb. Onlardan təxminən 90 faizi yəhudilər olub.

Xlemnoya gətirilənlərə düşərgə haqqında heç bir məlumat verilməyib. Onlara yalnız bir məlumat verilib ki, tikinti işlərinə cəlb olunacaqlar.

Məhbuslar düşərgəyə gətirilən kimi təlimatlandırılıblar. Təlimatın birinci bəndində düşərgəyə daxil olan kimi paltarların təhvil verilməsi və ümumi duş kabinasında yuyunma qeyd edilib. O da vurğulanıb ki, bütün bunlar sanitar-gigiyenik qaydalara riayət edilməsi məqsədi ilə olunur.

“Təlimat” bununla bitib. Məhbuslar 50-60 nəfərlik qrup şəklində soyundurularaq duş kabinalarına salınıb. Bundan sonra dərhal qapılar bağlanıb və xüsusi qurğularla içəri qaz buraxılıb. İkinci mərhələdə boğularaq ölənlər duş kabinalarından çıxarılaraq meşə ərazisinə daşınıb, ümumi xəndəklərdə basdırılıb, bir qismi isə yandırılıb.

Məhbuslardan cəmi 80-100 nəfər saxlanılıb ki, onlar “qara” işlərə, meyitləri daşımağa, yandırmağa, xəndək qazmağa cəlb olunublar. 20 nəfərlik qrup isə qızıl dişləri çıxarmaqla, üzük olan barmaqları kəsməklə məşğul olublar. Bu qrupa “qənimət qrupu” adı verilib.

Xlemno düşərgəsində saxlanılanlardan işçi qüvvəsi kimi istifadə edilməyib. Düşərgənin əsas “funksiyası” yəhudiləri məhv etmək olub.

Bəzən saxlanılanların sayı o qədər çox olub ki, düşərgə əməkdaşları üç növbədə işləmək məcburiyyətində qalıblar və düşərgədə yeni ölüm kameralarının tikilməsi zərurəti yaranıb.

Xlemno düşərgəsi daha bir hadisə ilə yadda qalıb. “İşləri” yüngülləşdirmək üçün düşərgənin ixtiyarına dörd “xüsusi təyinatlı” avtomobil verilib. Bu avtomobillər üçün xüsusi yük yeri hazırlanıb ki, içəri 50-60 adam sığışdırmaq mümkün olub. Heç bir pəncərəsi, hava buraxan yeri olmayan kuzalara qaz buraxılıb.

Xlemno düşərgəsində nəzarətin, mühafizə sisteminin güclü olmasına baxmayaraq bir necə dəfə məhbuslar qaçmağa cəhd göstəriblər. Bu cəhdlərin yalnız biri alınıb. Mixail Podxlebnik və Yakov Qronayovski gecə növbəsində olan iki nəzarətçini öldürərək meşə ərazisinə üz tutub. Üç gündən sonra onlar Varşavaya çataraq gizli fəaliyyət göstərən yəhudi təşkilatlarına Xlemno düşərgəsi haqqında məlumat veriblər.

Az sonra SSRİ və müttəfiqləri Xlemno düşərgəsindəki dəhşətlərdən xəbər tutublar və bu haqda mətbuatda yazılar dərc olunub.

Bu hadisədən sonra Adolf Hitler ölüm düşərgəsi haqqında söz-söhbətlərə son qoymaq üçün düşərgənin bağlanması göstərişini verib. Düşərgədə saxlanılanlar son nəfərinədək öldürüldükdən sonra tikililər yandırılıb, sənədlər məhv edilib, düşərgənin ərazisi boş bir səhranı xatırladıb.

Amma bir il keçməmiş fürer yenidən Xlemno düşərgəsini bərpa edib. Bu dəfə isə düşərgədə ölüm kameralarının sayı bir neçə dəfə artıb.

Xlemno düşərgəsində öldürülənlərin sayını və tam siyahını müəyyənləşdirmək mümkün olmayıb. Belə ki, məhbuslar öldürüldükdən dərhal sonra onların sənədləri də məhv edilib.

1945-ci ilin yanvar ayında sovet qoşunlarının keçirdiyi hərbi əməliyyat nəticəsində Xlemno düşərgəsi ələ keçirilib. Son məqamda da düşərgə əməkdaşlarının bir hissəsi sovet hərbçilərinə qarşı müqavimət göstəriblər, digər hissəsi isə məhbusların saxlandıqları kameraları yandırıblar, faşist vəhşiliklərinin izlərini itirmək üçün düşərgənin inzibati binasını partladıblar.

Qeyd edək ki, Nürnberq məhkəməsində Xlemno düşərgəsinin fəaliyyətinə ayrıca cinayət işi kimi baxılıb.

Müharibədən sonra Xlemno düşərgəsinin yerləşdiyi ərazidə xatirə kompleksi yaradılıb.(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar