Çərşənbə axşamı, 03 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Faktiki inflyasiya mayda 4,9 faizə çatıb – Vüsal Qasımlı

“İllik təqribən 10 milyard dollarlıq idxal həyata keçirən Azərbaycan üçün dünya bazarlarında inflyasiya diqqəti daha çox cəlb edir. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artıb mayda 4,9 %-ə çatmaqla hədəf dəhlizində olub”. 

PİA.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda cari əməliyyatlar hesabının bu ilin ilk rübündə ÜDM-in 5,6 %-i səviyyəsində yaranmış profisiti, ikirəqəmli artan qeyri-neft ixracı və 70 dolları aşan neft qiymətləri, habelə qaz ixracının böyüməsi hesabına yerli bazarda valyuta tələbi lazımi səviyyədə ödənilir:

“Eyni zamanda dövlət büdcəsinin profisiti bu ilin 5 ayında 368,9 milyon manata və yaxud büdcə xərclərinin 4 %-nə çatıb. Beləliklə, cari əməliyyatlar hesabı və dövlət büdcəsinin eyni vaxtda yaranmış profisiti - manatın məzənnəsini saxlamaqla, inflyasiyanı da cilovlayır.

Azərbaycanda dövlət və özəl sektorun, habelə bank sektorunun aşağı hədlərdə xarici borcunun olması da manata təzyiq imkanı vermir. Əhalinin əmanətlərinin ilk dörd ayda 7,7 % artması və qeyri-nağd dövriyyənin böyüməsi də manatın məzənnəsi və qiymətlərin sabitliyi üçün arqumentlər sayıla bilər. Hələlik iqtisadi artımın kövrək bərpası da inflyasiya təzyiqi yaratmaqdan uzaqdır”.

Mərkəz rəhbəri hesab edir ki, neftin qiymətlərinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini də artırır: 

“Ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb, bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb. Hazırkı qiymət proqnozdan iki dəfəyə yaxın yüksəkdir ki, bu da dövlət büdcəsinin, SOFAZ-ın və SOCAR-ın gəlirlərini artırır. Dünya iqtisadiyyatının bərpası sürətləndikcə enerji daşıyıcılarına tələb artır ki, bu da əsas ixrac məhsulu olan neftin qiymətinə müsbət təsir göstərir”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bu şəxslərə "valerian" dərmanı olmaz - Tromb, insult yaradar

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Hüquqşünasla baş redaktor arasında qalmaqal: "Maliyyən haradan gəlir?"

Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra həbs ediləcək - İddia

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

İmam köməkçisi Ərdoğan və Əliyevdən sitat gətirdiyi üçün mühakimə olunur - Rusiyada...

Ən çox oxunanalar