Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ETSN rəsmisi meşə yanğınları ilə bağlı vətəndaşlara müraciət edib

Son günlər baş verən meşə yanğınlarının dəhşəti hər birimizə sonsuz kədər və ürək ağrısı gətirməklə bərabər, "nə edək ki, belə qarşısı çətin alına bilən fəlakətlə üzləşməyək?" kimi düşündürücü sual da yaratdı.

Gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək.

PİA.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hər birimizi üzməli və düşündürməli olan bu həssas məsələ ilə bağlı fikirlərini səsləndirib və vətəndaşlara çağırış edib:

"Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər.

Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər

Putinlə Şoyqunun Tayqa istirahətinin görüntüləri yayıldı

Türkiyə ən müasir silahını təqdim etdi - Video 

Ən çox oxunanalar