Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsrin müqaviləsi” 27 ildə bizə nə verdi? - Gözləntilərimiz özünü doğrultdumu?

Azərbaycan ötən illər illər ərzində bu müqavilədən maksimal və effektli şəkildə yararlana bildimi?..

İqtisadçı-ekspert: “Bu gün də ölkə büdcəsinin 50 faizi Neft Fondunun hesabınadır. Xarici ixracatımızın 90 faizə yaxını da neft, qaza görədir. Hətta ölkə ərazisində 2 min kilometrdən çox yollar çəkildi, yeni məktəblər, xəstəxanalar tikildi, infrastruktur yeniləndi. Bunlar “Əsrin müqaviləsi”nin verdiyi pozitiv nəticələridir”.

““Əsrin müqaviləsi”ndən gələn vəsaitin böyük hissəsinin mənimsənilməsi daha böyük nailiyyətlər əldə etməyə imkan vermədi”.

Bu sözləri iqtisadiçı-ekspert Natiq Cəfərli “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 27 ili PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli­” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında imzalanıb.

“Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Ötən 27 ildə Azərbaycan bu müqavilədən maksimal və effektli şəkildə yararlana bildimi? Nələr fərqli ola bilərdi və ümumi fonda bizim bu neft müqaviləsinə olan bütün gözləntilərimiz özünü doğrultdumu?

“Əsrin müqaviləsi”nin Azərbaycan üçün nəticələrini PİA.az-ın əməkdaşı iqtisadiçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əgər neftdən daxil olan vəsait Azərbaycanda daha şəffaf şəkildə xərclənsəydi bu gün Azərbaycanda iqtisadi vəziyyət də, vətəndaşların sosial durumları da daha fərqli ola bilərdi”.

Büdcədən ayrılmış vəsaitin qeyri-şəffaf bölünməsinin şahidi olduğumuzu vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, “Əsrin müqaviləsi”nin gəlirlərinin xərclənməsində kifayət qədər problemlərin olduğunu söyləmək mümkündür:

““Əsrin müqaviləsi” haqqında iki istiqamətdə yanaşma daha məqsədəuyğun olardı. Birincisi odur ki, 1994-cü il sentyabrın 20-də bu müqavilənin bağlanması Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və iqtisadiyyatına böyük investisiyaların gəlməsində müsbət rol oynadı. O zaman milyardlarla vəsaitin ölkəyə daxil olmasının təməli qoyuldu.

İlk müqavilə imzalanan zaman 300 milyon dollar Azərbaycan bonus qazandı. O zaman Azərbaycannın büdcəsi heç o qədər deyildi. Bu da Azərbaycanda yeni iqtisadi münasibətlərin qurulmasında mühum rol oynadı. Həmçinin xarici investorlar ölkəyə gəldi, yeni iş yerlərinin yaranması üçün fürsətlər yarandı. Qərbə inteqrasiya artdı və bütün kommunikasiyalar Avropa, Qərblə baş tutdu. Bununla da ölkəyə böyük vəsaitlər gəlməyə başladı.

Bu gün də ölkə büdcəsinin 50 faizi Neft Fondunun hesabınadır. Xarici ixracatımızın 90 faizə yaxını da neft, qaza görədir. Hətta ölkə ərazisində 2 min kilometrdən çox yollar çəkildi, yeni məktəblər, xəstəxanalar tikildi, infrastruktur yeniləndi. Bunlar “Əsrin müqaviləsi”nin verdiyi pozitiv nəticələridir.

Natiq Cəfərli: “Təssüf ki, qeyri-şəffaflıq və korrupsiya sistemləri neftdən gələn vəsaitin böyük ölçüdə tam effekt verməsinə maneçilik yaradan əsas faktora çevrildi”.

Amma “Əsrin müqaviləsi”ndən gələn vəsaitin böyük hissəsinin mənimsənilməsi daha böyük nailiyyətlər əldə etməyə imkan vermədi. Yəni çoxlu sayda mənası olmayan bahalı layihələr həyata keçirildi. Korrupsiya sistemləri haqqında şübhələr artdı. Büdcədən ayrılmış vəsaitin qeyri-şəffaf bölünməsinin şahidi olduq. Yəni “Əsrin müqaviləsi”nin gəlirlərinin xərclənməsində kifayət qədər problemlərin olduğunu söyləmək mümkündür.

Əgər neftdən daxil olan vəsait Azərbaycanda daha şəffaf şəkildə xərclənsəydi bu gün Azərbaycanda iqtisadi vəziyyət də, vətəndaşların sosial durumları da daha fərqli ola bilərdi. Biz iqtisadiyyatı daha çox inkişaf etmiş və rifah halı yüksək olan bir cəmiyyətdə yaşaya bilərdik. Təssüf ki, qeyri-şəffaflıq və korrupsiya sistemləri neftdən gələn vəsaitin böyük ölçüdə tam effekt verməsinə maneçilik yaradan əsas faktora çevrildi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar