Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsrarəngiz təbiət mənzərəsi - donmuş şəlalələr - Video, Foto

Quba rayonundakı Afurca və Suatan şəlalələri donaraq əsrarəngiz təbiət mənzərəsi yaradıb...

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Afurca şəlaləsi Quba rayonunun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 75 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.

Afurca kəndi rayon mərkəzinin 36 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Dağdan tökülən şəlalənin gözəlliyinə tamaşa etmək üçün meşədən keçən 200 metr yolu piyada qət etmək lazımdır.

Afurca şəlaləsi Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Yay aylarında Quba-Afurca istiqamətində səfərə çıxanlar təbiətin bu gözəlliyinə tamaşa etməyi çox sevirlər. Xınalıq, Qəçrəş kəndləri ilə yanaşı, Afurca şəlaləsi də turist sıxlığına görə ilk yerlərdə durur.

El arasında Suatan adı ilə tanınan şəlalə isə Quba rayonunun Künxırt kəndi ərazisində yerləşir. Təxminən 30 metr hündürlükdən axan şəlalə Quba-Qonaqkənd yolunun yaxınlığında, rayon mərkəzidən 35 kilometr aralıdadır.

Afurca və Suatan şəlalələrinin yeni çəkilmiş videogörüntülərini təqdim edirik.

Fotolar

pia.az


Etiket: Afurca şəlalə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edəcək?

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Ən çox oxunanalar