Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Eskobarın begemotları və “yoxa çıxmış xəzinə”si barədə film çəkilir

Bir vaxtlar dünyanın ən böyük narkotaciri Pablo Eskobarın şəxsi zooparkında saxlanılan begemotlar “Netflix”in filminin mövzusuna çevriləcək...

“HaberGlobal”ın məlumatına görə, “Cocaine Hippos” (Kokain Begemotları) adlı film Eskobarın xəzinəsinin arxasınca düşən dostların məzəli hekayəsindən bəhs edəcək.

Pablo Eskobar 80-ci illərdə kərgədanlardan tutmuş zürafələrə, fillərdən tutmuş begemotlara qədər ölkəsində yaşamayan bir çox heyvanları Kolumbiyaya gətirtdib, özünə məxsus ərazidə zoopark qurdurub.

Eskobar 1993-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldükdən sonra bu heyvanlar Kolumbiya və xaricdəki zooparklara və özəl parklara göndərilib. Yalnız dörd begemotdan başqa...

Olduqca qəzəbli olan heyvanları yaxalamaq təhlükə yaradırdı. Buna görə də onlara toxunulmur və heyvanlar Eskobarın torpağında yaşamağa davam edir.

İndi isə həmin begemotların hekayəsindən bəhrələnərək yeni bir film çəkiləcək. “Netflix” üçün çəkiləcək “Cocaine Hippos” filmi Eskobarın “yoxa çıxmış xəzinəsi”nin arxasınca düşən dostların müxtəlif cinayətkarlar, narkotik tacirləri və begemotlarla yaşadıqları macəraları ekranlaşdıracaq.

Mövzudan göründüyü kimi “Cocaine Hippos” “The Hangover” və “Tropic Thunder” kimi komediya xarakteri daşıyacaq.

Filmin ssenarisini Cordan Vandinanın yazacağı, baş rolu isə Jermen Foulerin ifa edəcəyi gözlənilir.

Eskobarın begemotlarının sayı bu gün 80-ə çatıb. Hələ də narkobaronun keçmiş ərazisi və ətrafında yaşayırlar. Aktivistlərin fikrincə, bu heyvanlar bölgənin ekoloji sistemi üçün böyük təhlükə təşkil edirlər.

pia.az


Etiket: eskobar

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar