Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Əsgərin intiharının əsl səbəbkarı yüksək rütbəli şəxslərdir” - Həbsdə olan baş əsgər

Ötən ilin aprelində Daxili Qoşunların N saylı hərbi hissəsində özünü güllələyən əsgər Fərid Abdullayevin intihar səbəbi məlum olub.

“Kriminalqafqaz” xəbər verir ki, Fərid baş əsgər Coşqun Nizamzadə tərəfindən daimi təhqirlərə məruz qaldığı üçün özünü öldürüb. 

F.Abdullayev C.Nizamzadə ilə aralarında yaranan mübahisədən sonra özünü hərbi hissədəki silahla güllələyib.

İttihama görə, Coşqun Nizamzadə fiziki olaraq digər əsgərlərdən güclü, yaşca böyük və “köhnə əsgər” olduğu üçün bütün əsgərlər onun göstərişlərinə əməl ediblər. Lakin Fərid onunla daim mübahisə etdiyi üçün Coşqun ona fiziki, mənəvi və psixoloji şiddət göstərib, göstərişlərinə əməl etməsə, ona hərbi hissədə pis ad qoyacağımı bildirib. Fərid ona qarşı çıxdıqca Coşqun onun iradəsini sındırıb, hər kəsin içində təhqir edirmiş.

Məlum olub ki, Fərid Coşqunun sözümə qulaq asmadığı üçün ona ana-bacı söyüşü söyərək, əsgərlər arasında alçaldıcı mənaya yozulan ləqəb taxıb. Coşqun 2020-ci il iyunun 13-də F.Abdullayevi və bir neçə əsgəri müşahidə kamerası olmayan otağa çağırıb sıraya düzülmələrini əmr edib. Fərid çavuşun ona verdiyi təmizlik işlərini icra etmədiyi üçün Coşqun əsgər yoldaşlarının gözü qarşısında ona növbəti dəfə, ana-bacı, var-yox və şəxsi söyüşlər söyüb, taxdığı ləqəbi deyib.

F.Abdullayevin hərəkətinə görə orada olan digər əsgərlərə “qaz yerişi” komandası verib dairəvi hərəkət etdirib. Əllərində stul, daban hissələri yerə dəyməmək şərti ilə yarım oturaq vəziyyətdə bir neçə dəqiqə dayanmalarına məcbur edib. Sonra Fəridə və orada olan əsgərlərə paltarlarını soyunmaları, 30 saniyəyə geyinmələrini əmr edib. Bu hərəkəti 5-6 dəfə təkrar etdirib. Göstərişi vaxtında icra edə bilməməsini bəhanə gətirərək Fəridin sinəsinə və sifətinə yumruq və sillələr vuraraq onu yenidən təhqir edib.

Məhkəmədə dindirilən C.Nizamzadə isə özünü təqsirli bilməyib və F.Abdullayevə zor tətbiq etmədiyini deyib:

“Fəridə qarşı nalayiq ifadələr işlətməmişəm, ləqəb taxmamışam. Hadisənin əsl səbəbkarı hərbi hissənin yüksək rütbəli şəxsləridir. Nizamnamə əsasında hər bir əsgər müvafiq xidmətlərə üç gündən bir təyin olunmalı halda Fərid günaşırı xidmətə təyin olunurdu. Xidmətdən kənar işlərə cəlb edilirdi. Təmizlik işləri aparılmasına, bağbanlıq, suvaq işlərinə və yataqxananın içərisində olan bir çox işlərə göndərilirdi. Ona qarşı olan bu münasibət komendant bölüyünün baş çavuşu və bölük komandiri tərəfindən həyata keçirilirdi”.

C.Nizamzadə bildirib ki, hadisədən əvvəl Fərid bölüyün çavuşu ilə problem yaşayıb:

“Hadisədən əvvəl çavuş Fəridə nə demişdisə, o az sonra özünü öldürmüşdü. Hadisədən sonra çavuş həyəcanlı şəkildə öz-özünə danışırdı. Fəridin gecə hərbi hissənin avtomobil parkında xidmətdə olarkən, avtomatla özünə çənəaltından atəş açaraq intihar etdiyini öyrəndim. Mən baş əsgər kimi bölüyümüzdəki əsgərlərə qarşı edilmiş haqsızlıqlara qarşı çıxırdım. Buna görə zabit və gizirlərin məndən xoşu gəlmirdi. Bu səbəbdən məni də tez-tez xidmətə yazırdılar və hadisədən sonra qərəzli şəkildə əsgərləri mənə qarşı ifadə verməyə məcbur etdilər”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı açıqlama - Yenilənib

Sabiq MTN əməkdaşı: QRU Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və…

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Qarabağdakı erməni silahlıları tərksilah edilir - "Arutunyan dedi ki, ordunu buraxacaq..."

Ən çox oxunanalar