Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsas baş rolda Vasif Talıbov və ona himayədarlıq edənlərdir” - Hafiz Hacıyev

“Naxçıvanın həbs edilən maliyyə naziri 144 milyon manatı tək yeməyib. O həmin vəsaiti Vasif Talıbovla və başqaları ilə birlikdə yeyib”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Naxçıvanda davam edən əməliyyatı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev həbs edilib.

Rafael Əliyev 19 avqust 2020-ci ildə maliyyə naziri təyin edildikdən sonra Naxçıvan Gömrük Komitəsində bütün maliyyə məsələləri onun nəzarətində olub.

O, Naxçıvan gömrüyü ilə bağlı bütün hesabatları alıb və qeyri-rəsmi Bakıya (Azərbaycan Dövlət Gömrük Komitəsinə) hesabat vermirmiş. Dövlət Gömrük Komitəsi ilə birbaşa əlaqələrə də qadağa qoyubmuş. Əks halda işçilər işdən qovular və yaxud ən yüngülü töhmət verirlərmiş.

Naxçıvanda baş verənləri PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Naxçıvanda araşdırma ciddi aparılsa, çox ciddi fiqurların adları ortaya çıxacaq”.

Talıbovun Gənclikdə villasının, oğlanlarının daxildəki və xaricdəki bütün sərvətlərinin açıqlanmalı olduğunu vurğulayan partiya sədri bildirib ki, millətin pulunu talan edib xaricə daşıyanlar, millətin pulunu daxildə yeyənlərin hamısı aşkar edilməli və həbs edilməlidir:

“Mən bu barədə əvvəlcədən xəbər vermişdim. Təəssüf hissi keçirirəm ki, dediklərimin hamısı gəlib öz yerini tutur. Naxçıvanın həbs edilən maliyyə naziri 144 milyon manatı tək yeməyib. O həmin vəsaiti Vasif Talıbovla və başqaları ilə birlikdə yeyib. Heç kəs də onların işini bilməsin deyə oranı qapalı məkan kimi saxlayırdılar.

Dövlət Təhlükəsizlik Xidməti çoxdan Naxçıvanda əməliyyat aparmalı idi. Həbs edilən maliyyə nazirinin başqa adamlarla da əlaqəsi olub. DTX bu məsələni çox ciddi araşdırmalıdır. Araşdırıldıqca da, çox mətləblərdən üzər çıxacaq. Çünki həbs edilən maliyyə naziri Rəfael 144 milyonun heç 1 faizini yeməyib. Burada əsas baş rolda Vasif Talıbov və ona himayədarlıq edənlərdir. Rəfael Əliyevin həbsi kimlərinsə oyundur. Bu oyunların nəticəsi də yaxıb vaxtlarda bilinəcək.

Düşünürəm ki, Naxçıvanda olanlar başqa rayonlarımızda da baş verir. Yəni hansı rayonu, şəhəri yoxlasın hamısının dövlətin vəsaitini yediyi üzə çıxacaq. Amma Naxçıvanda bu hadisələr çoxdan baş verirdi. Onlar özlərini müstəqil dövlət kimi aparırdılar. Onlar heç kəski saymırdılar və bu gün də saymaq istəmirlər, dövlətə tabe olmaq istəmirlər.

Hafiz Hacıyev: “Araşdırılmalıdır ki, Naxçıvanda xüsusi bayraq nədən ötəri hazırlanıb?”.

Naxçıvanda yoxlamalar dərindən aparılmalıdır. Talıbovun qohumları da yoxlanılmalıdır. Talıbovun Gənclikdə villası, oğlanlarının daxildəki və xaricdəki bütün sərvəti açıqlanmalıdır. Millətin pulunu talan edib xaricə daşıyanlar, millətin pulunu daxildə yeyənlərin hamısı aşkar edilməli və həbs edilməlidir.

Naxçıvanda həbs edilən məmurların hamısının başında Vasif Talıbov və oğlanları dayanıb. Ramiz Mehdiyevin məsələsində biz fikir bildirəndə Talıbovun oğlu demişdi ki, onun arxasında biz dayanmışıq. Buna görə də Ramiz Mehdiyev Naxçıvanda bır sıra işlər gördü. Araşdırılmalıdır ki, Naxçıvanda xüsusi bayraq nədən ötəri hazırlanıb? O cümlədən, Türkiyədən gələn malın bir faizi də gömrükdən keçmir. Niyə belə olmalıdır? Deməli, onların planı budur.

Buna görə deyirəm ki, Naxçıvanda araşdırma ciddi aparılsa, çox ciddi fiqurların adları ortaya çıxacaq. Bütün bunların ortaya çıxması üçün də dərindən axtarış aparılmalıdır”.

Nərminə UMUDLU
pia.az




Etiket: Naxçıvan DTX


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar