Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla imzalanacaq yeni sənəddə çatışmayan nələr var?..

Ermənistanın Azərbaycanla sərhəd mübahisələrinin arxasında hansı siyasi məqamlar var və yaxud Rusiya 10 noyabr bəyanatında nəzərdə tutulan və yerinə yetirilməyən 4-cü bəndin icrasını reallışdıracaqmı?..

Politoloq : “Azərbaycan sərhəd məsələsinə irəli sürdüyü tələblərdən başqa vacib tələblər də irəli sürməlidir. Hansı ki, bu tələblər heç 10 noyabr bəyanatında da öz əksini tapmayıb. Bu da minalarla bağlı xəritələrin təqdim edilməsi məsələdir”.

Azərbaycanın Müdafiə Nazirliyi məlumat yaydı ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı antiterror əməliyyatları keçirməyi planlayır. Düşünürəm ki, Müdafiə Nazirliyinin yaydığı bu xəbər Ermənistan dövlətinin rəhbərliyinə mesajdır”.

Bu sözləri politoloq Xəyal Bəşirov sərhəd məsələsində Azərbaycanın irəli sürdüyü və irəli sürməsi vacib olduğu məsələləri PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Paşinyala telefonla danışandan sonra Paşinyan Azərbaycanla sərhəd məsələsində yeni sənədin müzakirə edildiyini təsdiqlədi.

Bakının sərhədlərlə bağlı üç istəyi var:

1. Demarkasiya prosesinin maneəsiz həyata keçirilməsi;

2. Qazaxın 7 kəndinin boşaldılması;

3. Naxçıvanın Kərki kəndinin azad edilməsi.

Dünən isə Rusiya müdafiə naziri Sergey Şoyqunun erməni həmkarlı Vaqraşak Arutyunyanla Qarabağdakı vəziyyəti müzakirə etdilər. Separatçılarn başçısı Araik Arutyunyan isə erməni “hərbçilərlə” görüşüdü və “peşəkar ordu”nun yaradılması ilə bağlı açıqlama verdi.

Maraqlıdır ki, dünən Ermənistan parlamentində çıxış edən baş nazirin səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Ermənistan SSR-in Azərbaycan ərazilərində torpaqlarının olduğnu da iddia edib. Paşinyanın bu iddiası qarşısında rəsmi Bakının Ermənistanla imzalanacaq sənəddə yer almayan digər istəkləri ola bilərmi və bunlar nələr ola bilər? Ümumiyyətlə bütün bu proseslərin arxasında hansı siyasi məqamlar var? Rusiya 10 noyabr bəyanatında nəzərdə tutulan və yerinə yetirilməyən 4-cü bəndin icrasını reallışdıracaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Düşünürəm ki, əgər seçkilərdə Paşinyan qalib gəlsə, o minalanmış ərazilərin xəritələri ilə bağlı müsbət addımlar atacaq”.

Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Rusiyanın iştirakına çalışdığını düşünən politoloq PİA.az-a bildirib ki, bu Paşinyanın Moskvaya sədaqəti kimi görüntülənir. Lakin politoloq hesab edir ki, seçkidən qalib ayrılarsa, Paşinyan Moskvaya heç də loyal yanaşmayacaq:

“Bildiyimiz kimi 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında demorkasiya ilə bağlı problemlər yaranıb. Ermənistan tərəfi bu məsələnin daha da şişirdilməsində, əks-səda doğurmasında, hətta beynəlxalq aləmdə də əks-səda doğurmasında maraqlı oldu. Xüsusilə bu məsələ ilə bağlı Ermənistan Rusiya və KTMT ilə müəyyən müraciətlər onlardan hərbi kömək istədi və bunu da güya Azərbaycanın Ermənistan ərazisinə girməsi ilə əlaqələndirdi.

Qeyd edim ki, sərhəd məsələsinin şişirdilməsində Ermənistan müxalifəti də maraqlı görünürdü və ilk dəfə idi ki, Paşinyanla müxalifətin maraqları üst-üstə düşdü. Məlumdur ki, Paşinyan seçkilərdə qalib gəlməsi üçün Rusiya qarşısında müəyyən öhdəliklər götürüb. Yəni Paşinyanın Rusiyaya səfəri, telefon danışıqları onu göstərir ki, Paşinyan seçki abu-havası olmayan erməni cəmiyyətindən deyil, Moskva və digər xarici ölkələrdən dəstək gözləyir. Rusiyaya yaxşı görünnmək üçün də Paşinyan mümkün qədər çalışır ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Rusiyanın iştirakı olsun. Bu da Paşinyanın Moskvaya sədaqəti kimi görüntülənir. Amma əslində bu 20 iyul tarixinə qədər olan bir fəaliyyətdir. Hesab etmirəm ki, seçkilərdən sonra Paşinyan Moskvaya hansısa loyal münasibət göstərsin.

Azərbaycan Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq istəyir ki, 10 noyabr bəyanatının müddəaları yerinə yetirilsin. Təbii ki, biz istəmirik Ermənistanda revanşist qüvvələrin nümayəndələri seçkidə qalib gəlsin. Amma hər bir halda bu Ermənistan cəmiyyətinin daxili işidir. Azərbaycan sərhəd məsələsinə irəli sürdüyü tələblərdən başqa vacib tələblər də irəli sürməlidir. Hansı ki, bu tələblər heç 10 noyabr bəyanatında da öz əksini tapmayıb. Bu da minalarla bağlı xəritələrin təqdim edilməsi məsələsidir. Bu məsələ indiyə qədər üçtərəfli bəyanatlarda əks edilməyib. Çünki biz Ermənistanın təxminən 1 milyard kvadratmetr olan ərazini minalamasını düşünmürdük. Azərbaycan düşünmürdü ki, ermənilər bu qədər vandal olacaqlar. Buna görə də düşünürəm ki, mina xəritələrinin verilməsi məsələsi Azərbaycanın tələbi sırasında olmalıdır.

Xəyal Bəşirov: “ATƏT-in Minsk qrupunun üzvləri olan dövlətlərin mina xəritələrinin Azərbaycana təqdim edilməsi ilə bağlı qətnamələr qəbul etmələri zərurəti var”.

Bildiyimiz kimi Azərbaycan artıq mina xəritələrinin təqdim edilməsi ilə bağlı beynəlxalq fəaliyyətə başlayıb. Artıq İtaliya parlamenti bununla bağlı qətnamə qəbul etdi. Həmçinin ATƏT-in Minsk qrupunun üzvləri olan dövlətlərin mina xəritələrinin Azərbaycana təqdim edilməsi ilə bağlı qətnamələr qəbul etmələri zərurəti var. Çünki minaların orada olması Azərbaycan tərəfinin bərpa işlərinə başlamasına çox böyük maneələr törədir.

Düşünürəm ki, əgər seçkilərdə Paşinyan qalib gəlsə, o minalanmıç ərazilərin xəritələri ilə bağlı müsbət addımlar atacaq. Çünki Paşinyan həmin ərazilərdə Azərbaycanın təşəbbüsü ilə kommunikasiyaların bərpasına, enerji, nəqliyyat xətlərinin açılmasına çox ciddi maraqlıdır. Paşinyan başa düşür ki, bu vaxta qədər blokada şəraitində yaşamaq Ermənistan dövlətinin bədbəxtliyinə səbəb oldu.

Məlumdur ki, 10 noyabr bəyanatının 4-cü hissəsinin bir hissəsi icra olunsa da, digər hissəsi icra olunmur. Yəni Rusiya sülhməramlıları bölgəyə gəldi, amma onlar hələ də erməni silahlılarını oradan tamamilə çıxarmayıblar. Ermənistanın qanunsuz silahlıları Azərbaycan ərazisində hələ də mövcuddur. Hələ ehtimallar böyükdür ki, erməni silahlıları bizim bilmədiyimiz ərazilərdə də var. Hələ ki, Azərbaycan həmin ərazilərə tam nəzarət edə bilmir.

Xəyal Bəşirov: “Əgər Ermənistandan və Rusiyadan Azərbaycanın bu mesajın reaksiya olmayacaqsa, bu zaman Azərbaycan haqlı olaraq öz ərazilərində genişmiqyaslı hərbi antiterror əməliyyatları keçirmək haqqına sahibdir”.

Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyi də məlumat yaydı ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı antiterror əməliyyatları keçirməyi planlayır. Düşünürəm ki, Müdafiə Nazirliyinin yaydığı bu xəbər Ermənistan dövlətinin rəhbərliyinə mesajdır. Təbii ki, Azərbaycanın həmin ərazilərdə antiterror əməliyyatları Ermənistanda keçiriləcək seçkilərdən sonra ola bilər. Bu da Ermənistanın atdığı addımlardan asılı olacaq.

Eyni zamanda Müdafiə Nazirliyinin bu xəbəri Rusiya sülhməramlılarına da mesaj idi. Çünki Rusiya sülhməramlıları bu məsələdə Azərbaycana dəstək olmalı və Azərbaycanın haqlı mövqeyinə səs verməlidirlər. Əgər Ermənistandan və Rusiyadan Azərbaycanın bu mesajın reaksiya olmayacaqsa, bu zaman Azərbaycan haqlı olaraq öz ərazilərində genişmiqyaslı hərbi antiterror əməliyyatları keçirmək haqqına sahibdir.

Onu da qeyd edim ki, əgər Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə, bu zaman çox ciddi proseslər olacaq. Həmçinin regionda Rusiyanın da gücü zəifləyəcək. Ümumiyyətlə Rusiyanın sülhməramlı missiyanın əhəmiyyəti itəcək. Buna görə də Rusiya həmin qüvvələri gündəmdə saxlamaqla Qərbyönümlü Paşinyanı nəzarətrə saxlamaq istəyir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Sərhəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar