Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın KTMT fiaskosu – təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan ölkələrin, o cümlədən Belarus və Qazaxıstanın Azərbaycanı ikinci Qarabağ müharibəsində qələbə qazanması münasibətilə təbrik etməsi Ermənistanın uğurlu xarici siyasətinin, o cümlədən Qarabağ məsələsində KTMT-dən hər hansı (hərbi, siyasi-red) dəstək alacağı ilə bağlı planlarının xülya olduğunu bir daha sübuta yetirdi.

“Report” xatırladır ki, təşkilatın aparıcı ölkələri Azərbaycan rəhbərliyini və xalqını Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etməklə bir zamanlar mövcud olmuş bu münaqişədə rəsmi Bakının yanında yer aldıqlarını açıq-aşkar bildirdilər. Həmin ölkələr Ermənistanla uzun müddətdir bir təşkilatda təmsil olunmalarına baxmayaraq, Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi qəbul etdiklərini nümayiş etdirdilər.

Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev bir müddət əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edib.

N.Nazarbayev “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm”, - deyə qeyd edib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də Azərbaycanı ikinci Qarabağ müharibəsində təbrik edərək, Ermənistanın KTMT-yə tuşlanan ümidlərini birdəfəlik yox etdi.

Prezident İlham Əliyevi təbrik edən Qazaxıstan lideri “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan milli bayramınız münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılmışdır”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Qeyd edək ki, noyabrın 8-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aleksandr Lukaşenko Azərbaycanla Ermənistan arasında çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıb. O, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyinə xüsusi diqqət yetirib.

Belarus Prezidenti vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.

Prezident Aleksandr Lukaşenko çoxillik Qarabağ münaqişəsinin bütün qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, bir il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş və qan tökülməsinə son qoymuş Bəyanatın müstəsna əhəmiyyətini qeyd edib.

Bütün bunlar bir yana, sadalananlar göstərir ki, həm regionda, həm də dünya miqyasında ciddi rol oynamayan Ermənistanın KTMT-də hər hansı rolu, nüfuzu yoxdur.

Azərbaycanı qələbə münasibətilə təbrik edən ölkələrin 3-ü KTMT-nin üzvüdür.

Xatırtladaq ki, həm ikinci Qarabağ müharibəsindən əvvəl, həm də müharibənini gedişatında Ermənistan rəhbərliyi dəfələrlə KTMT-dən dəstək alacağı, habelə təşkilatda Azərbaycan əleyhinə qərarların qəbul ediləcəyi barədə açıqlamalar vermişdilər. Lakin İrəvan rəhbərliyinin bu vədlərinin xülyadan başqa bir şey olmadığı üzə çıxdı.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar