Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistanın girdiyi dalan - Yeravan öz xeyrindən niyə qaçır?..

İrandan Naxçıvandan keçməklə Ermənistana yeni tranzit xəttinin yaradılması bölgə və xüsusən də Ermənistan üçün nə qədər əhəmiyyətlidir?..

İqtisadçı-ekspert: ““Zəngəzur dəhlizi” tək Azərbaycanı Naxçıvanla birləşdirən yol deyil. “Zəngəzur dəhlizi” həm də Ermənistanın müəyən kommunikasiyalardan istifadə edə biləcəyi yoldur”.

Azərbaycan tərəfinin atdığı addımların heç bir qeyri-qanuni tərəfi yoxdur. Ermənistan bunu istəmirsə, bu zaman Culfa üzərindən Ermənistana həm dəmir, həm də avtomobil yolunun açılması mümkündür”.

Bu sözləri iqtisadiçı-ekspert Natiq Cəfərli Gorus-Qafqan yolu ilə bağlı Ermənistan tərəfinin Azərbaycana qarşı iddialarını PİA.az-a şərh edərkən qeyd edib.

Erməni rəsmiləri bildirirlər ki, Azərbaycan tərəfinin Gorus-Qafqan yolunda yaratdığı problemin əsas məqsədi Ermənistanı tranzit ölkə kimi sıradan çıxarmaqdır. Həmçinin erməni tərəfi bildirir ki, Azərbaycan tərəfi İran üzərindən gələn yükləri Ermənistandan kənar tutmaq və yüklərin Naxçıvan üzərindən daşınmasına nail olmaq istəyir.

İrandan Naxçıvandan keçməklə Ermənistana yeni tranzit xəttinin yaradılması bölgə xə xüsusən də Ermənistan üçün nə qədər əhəmiyyətlidir? İndiki Gorus-Qafqan yolu ilə müqayisədə bu marşrutun siyasi və iqtisadi səmərəliliyi bölgəyə nə vəd edir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Tranzit xəttinin açılması ilə bağlı Ermənistan tərəfi maneələr yaradır və ləngimələrə yol verir. Nəticə etibarilə də Ermənistanın özü itkilərə məruz qalır”.

“Zəngəzur dəhlizi” ilə bağlı Ermənistanda ciddi psixoloji baryerin olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, Ermənistan cəmiyyəti bu baryeri aşsa və praqmatik düşünsə, problemlər aradan qalxacaq:

“Əslində 10 noyabr sazişində Ermənistan üçün də kommunikasiyaların açılması nəzərdə tutulub. Yəni “Zəngəzur dəhlizi” tək Azərbaycanı Naxçıvanla birləşdirən yol deyil. “Zəngəzur dəhlizi” həm də Ermənistanın müəyən kommunikasiyalardan istifadə edə biləcəyi yoldur.

Ermənistan tərəfi sazişin bəndələrinə əməl edib yolun açılmasını surətləndirsə, yükdaşımalarının iştirakçısına çevrilə bilər. Amma tranzit xəttinin açılması ilə bağlı Ermənistan tərəfi maneələr yaradır və ləngimələrə yol verir. Nəticə etibarilə də Ermənistanın özü itkilərə məruz qalır.

Azərbaycan tərəfinin atdığı addımların heç bir qeyri-qanuni tərəfi yoxdur. Ermənistan bunu istəmirsə, bu zaman Culfa üzərindən Ermənistana həm dəmir, həm də avtomobil yolunun açılması mümkündür. Əgər bu yol tezliklə açılsa, Ermənistanın özünün iqtisadi münasibətlərinə ciddi təsiri ola bilər.

Natiq Cəfərli: “Azərbaycan tərəfi Ermənistana təklif edir ki, əgər Azərbaycan ərazisindən keçən yoldan narazısınızsa, gəlin “Zəngəzur dəhlizi”ni açaq. “Zəngəzur dəhlizi” vasitəsilə də Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin edək”.

“Zəngəzur dəhlizi” ilə bağlı Ermənistanda ciddi psixoloji baryer var. Ermənistan cəmiyyəti bu baryeri aşsa və praqmatik düşünsə, problemlər aradan qalxacaq. Ermənistan işğaldan istifadə edib Azərbaycan ərazisindən yol çəkib. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra həmin yol Azərbaycan ərazisindən keçir. Təbii ki, Azərbaycan qeyri-qanuni çəkilmiş bu yola gözünü yuma bilməz. Üstəlik bu yolla İrandan qeyri-qanuni olaraq Qarabağa yüklər daşınır.

İndi Azərbaycan tərəfi Ermənistana təklif edir ki, əgər Azərbaycan ərazisindən keçən yoldan narazısınızsa, gəlin “Zəngəzur dəhlizi” açaq. Zəngəzur dəhlizi vasitəsilə də Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin edək. İndi top Ermənistan tərəfdədir. Ermənistan nə qədər tez kommunikasiya xətlərinin açılmasına icazə versə, o qədər tez də Ermənistanın iqtisadiyyatı dalandan çıxmasına nail olmaq olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

Ermənistanın S-300 zenit-raketlərinin necə aşkarlanaraq məhv edildiyi açıqlanıb

Ən çox oxunanalar