Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanı sülhə məcbur etmək üçün Rusiya Azərbaycanla eyni mövqedən çıxış edir?

Ermənistanın sülh sazişi imzalamağa yanaşmadığı halda Azərbaycanla Ermənistan arasında yeni müharibənin baş verəcək?..

Politoloq: “Yeni müharibəni nə Azərbaycan, nə də Rusiya istəmir. Düşünürəm ki, yeni müharibədən danışmaq düzgün olmaz”.

Ermənistan Azərbaycana təzyiq göstərilməsi üçün dəfələrlə KTMT və Rusiyaya müraciət etdi. Amma heç bir reaksiya olmadı. Reaksiyanın olmaması da Ermənistanın təkləndiyindən xəbər verir”.

Bu sözləri politoloq İlqar Vəlizadə AzərbaycanErmənistan arasında baş verən son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova vəziyyətin normallaşdırılması üçün Azərbaycan-Ermənista­­n sərhədlərinin delimitasiya və demarkasiyası üçün onlarda olan xəritələrin Yeravana verməyə hazır olduqlarını bildirib. Eyni zamanda ötən həftə Azərbaycan prezidenti də Ermənistanla sülh danışıqlarına başlamaq üçün gündəm məsələləri Yeravana yolladıqlarını vurğulayıb. Buna baxmayaraq Azərbaycan-Ermənista­­n sərhədlərində gərginlik davam etməkdədir. Bu gecə də ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutular.

Ermənistanın sülh sazişi imzalamağa yanaşmadığı halda Azərbaycanla Ermənistan arasında yeni müharibənin baş verməsinə ehtimal vermək və hazırda Rusiyanın sərgilədiyi mövqenin sona qədər obyektiv olacağına inanmaq olar? Ümumiyyətlə Moskvadan verilən siqnallara əsaslanaraq demək olarmı ki, Ermənistanı sülhə məcbur etmək üçün Rusiya Azərbaycanla eyni mövqedən çıxış edir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə idi müzakirə edib.

İlqar Vəlizadə: “Ermənistan tamamilə bütün razılıqları pozsa, müşahidəçilərin də sözlərinə fikir verməsə, əlbəttə ki, müəyyən məhdudiyyətlərlə güc ssenarisi reallaşacaq”.

Ermənistana kifayət qədər təzyiq etməyə Azərbaycanın gücünün olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, üçtərəfli bəyanatın yerinə yetirəlməsi üçün qarant ölkə olan Rusiyanın Azərbaycanla sülh sazişinin imzalaması üşün Ermənistana təsir etməsi təbii prosses kimi dəyərləndirilməlidir­. Çünki sülh sazişi imzalanmazsa, üçtərəfli bəyanatın yerinə yetirəlməsi də mümkün olmayacaq:

“Yeni müharibəni nə Azərbaycan, nə də Rusiya istəmir. Düşünürəm ki, yeni müharibədən danışmaq düzgün olmaz. Azərbaycan prezidenti və bölgədə marağı olan ölkələr postkonflikt dönəminin yaratdığı reallıqlarından danışır. Çünki yeni münaqişə heç bir tərəfin planlara uyğun gəlmir.

Digər tərəfdən Ermənistanın yeni müharibə istəyini də biz nəzərdən qaçıra bilmərik. Buna görə də Ermənistana müəyyən təzyiqlər olmalıdır. Düşünürəm ki, Ermənistana kifayət qədər təzyiq etməyə Azərbaycanın hərtərəfli gücü var. Xüsusilə Azərbaycan Rusiya vasitəsilə Ermənistana təsir edə bilər və bu təsir də olmalı, öz nəticəsini də verməlifir. Çünki üçtərəfli bəyanatın yerinə yetirəlməsi üçün qarant ölkə olan Rusiyanın Azərbaycanla sülh sazişinin imzalaması üşün Ermənistana təsir etməsi təbii prosses kimi dəyərləndirilməlidir­. Çünki sülh sazişi imzalanmazsa, üçtərəfli bəyanatın yerinə yetirəlməsi də mümkün olmayacaq. Onu da qeyd etmək yerinə düşər ki, Rusiya bölgədə komunikasiyası xətlərinin açılmasında maraqlıdır. Prezident İlham Əliyev də son münasibətində Azərbaycanın yanaşmasının Rusiya tərəfindən dəstəkləndiyini açıq dedi.

İlqar Vəlizadə: “Nəticə etibarilə Rusiya başa düşür ki, başqa yol müharibə yoludur. Bu yol da Rusiyanın marağında deyil”.

Ermənistan tamamilə bütün razılıqları pozsa, müşahidəçilərin də sözlərinə fikir verməsə, əlbəttə ki, müəyyən məhdudiyyətlərlə güc ssenarisi reallaşacaq. Amma bir daha qeyd edim ki, indiki şəraitdə Ermənistana təzyiq etmək üçün kifayət qədər resurslar var. Xatırlayırsınızsa, müharibədən əvvəl biz şərhlər verəndə deyirdik ki, müharibə qaçılmazdır. Çünki o vaxt resurslar da qalmamışdı.

Bir neçə ay bundan öncə Rusiyanın rəsmi şəxsləri Ermənistana çox səfərlər edirdilər. Rusiya baş nazirinin müavini bir çıxışı zamanı bildirmişdi ki, onların əsas məqsədi dəhlizlərin açılmasıdır. Rusiya artıq şirkətlərə müəyyən qədər investisiya ayırır ki, dəhlizlər açılandan sonra onlar səmərəli işləsinlər. Bütün bunlara görə deyə bilərik ki, komunikasiyası xəttlərinin açılmasında Rusiyanın marağı olduğuna görə öz səmimiyyətini də qoruyacaq.

Düşünürəm ki, nəticə etibarilə Rusiya başa düşür ki, başqa yol müharibə yoludur. Bu yol da Rusiyanın marağında deyil. Həmçinin Rusiyanın sərhədlərində yaranan gərginliklərdən başqa ölkələr də istifadə edə bilər.

İlqar Vəlizadə: “Rusiyanın bu yanaşması davam etsə, biz hansısa irəliləyiş əldə edə bilərik”.

Rusiya Ermənistana təzyiqi çox ehtiyyatla edir. Azərbaycan üçün də əsas məsələ odur ki, Rusiyanın bu ehtiyyatı həddindən artıq uzanmasın. Lakin Rusiya da Ermənistanla münasibətlərinin pozulmasını istəmir. Rusiyanın ehtiyyatla davranması da Ermənistana məsələni uzatmağa imkan verir. Burada ziddiyyətlərin olması ilə razıyam. Amma Ermənistanın təkliyini də görürük.

Bir məqamı da qeyd edim ki, Ermənistan Azərbaycana təzyiq göstərilməsi üçün dəfələrlə KTMT və Rusiyaya müraciət etdi. Amma heç bir reaksiya olmadı. Reaksiyanın olmaması da Ermənistanın təkləndiyindən xəbər verir. Hətta Ermənistan sərhəddə Rusiya qoşunlarının yerləşdirilməsini istəmişdi. Amma Dmitri Peskov onlara cavab verib demişdi ki, bu Rusiyaya lazım deyil. Yəni Ermənistanın Rusiyaya etdiyi bütün təklifləri rədd olunur. Buna görə də düşünürəm ki, Rusiyanın bu yanaşması davam etsə, biz hansısa irəliləyiş əldə edə bilərik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar