Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanı baş prokuroru vətəndaşlıq üçün Rusiyaya müraciət edib

Bu gün Ermənistan mediası baş prokuror Artur Davtyanın istefaya hazırlaşması barədə məlumat yayıb. Bildirilib ki, səlahiyyət müddəti sentyabrda bitməli olan baş prokurora artıq əvəzləyici axtarılır. AzVision.az xəbər verir ki, ölkənin tanınmış nəşrlərindən olan "Joğovurd" isə baş prokurorun Rusiyaya vətəndaşlıq üçün müraciət etdiyini yazıb.

Bildirilir ki, o, çox güman qanunla müəyyən edilmiş müddət bitənə qədər vəzifəsində qalmayacaq. Yəni, bu ilin sentyabrına qədər baş prokuror Rusiyada peyda ola bilər.

Nəşr iddia edir ki, Davtyan artıq rus pasportu almaq üçün müraciət ünvanlayıb:

"Redaksiyamıza məlumat daxil olub ki, hökumət artıq ötən ildən Baş prokurora əvəzləyici axtarır. Bu xəbərlə yanaşı Davtyanın Rusiya Federasiyasına vətəndaşlıq üçün müraciət etməsi barədə məlumat da almışıq. Bu inanılmaz səsləndiyi üçün əməkdaşımız baş prokurora iki məqama dair açıq şəkildə müraciət ünvanladı.

1. Ermənistan baş prokuroru Rusiya vətəndaşlığının alınması ilə bağlı Rusiya Federasiyası hökumətinə müraciət edibmi? 2. O, Rusiyanın dövlət qurumları ilə əlaqə saxladıqdan sonra cavab nə olub?

Amma hələ ki, suallarımıza cavab almamışıq. Bilmirik ki, onun ərizəsi rədd edilib, ya əksinə, istəyi təmin olunub. Əldə etdiyimiz digər məlumatlara görə, Artur Davtyan Ermənistanda qalmaq niyyətindədir.

Onu da öyrəndik ki, Artur Davtyan Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətlərinin birində ona İrəvan Dövlət Universitetinin hüquq fakültəsinin dekanı təyin etməyi təklif edib.

Prokurorluqdan da baş prokurorun taleyi ilə bağlı hansı qərarın verildiyini öyrənməyə çalışdıq. Dövlət qurumundan sorğumuza cavab olaraq bildirdilər ki, onlarda suala “şərh veriləcək bildiriləcək heç bir məlumat yoxdur. Bunun reallıqla heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, belə bir söhbət olmayıb". Necə deyərlər, yaşayarıq, görərik! - məqaləda yazılıb.

Qeyd edək ki, Ermənistanda istefa artıq adi hal alıb. Dünən isə prezident Armen Sarkisyan istefa verib. Sarkisyan qeyd edib ki, onun qərarı heç də emosional olmayıb və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur.

"Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar