Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda təhqir, hədə və güllələr havada uçuşur – Paşinyan 60 faiz səs gözləyir

Ermənistanda parlament seçkiləri kampaniyası qarşı duran siyasi qüvvələrin bir-birinə dərin nifrət bəsləməsi atmosferinə uyğun olaraq qarşılıqlı ağır ittihamlar şəraitində keçir.

"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, Baş nazir əvəzi və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan iyunun 7-də Armavir vilayətində tərəfdarları ilə görüşdə eks-prezident Robert Köçəryanı vətəndaş müharibəsi yaratmaqda ittiham edib və onu hədələyib.

Paşinyan deyib: “Bəziləri deyirlər ki, iyunun 20-də qalib gələcəklər, amma biz deyirik ki, siz cəzanızı çəkəcəksiniz”.


Baş nazir əvəzi nitqinin böyük bir hissəsini yenə də keçmiş hakimiyyətə həsr edib: “Biz gözləyirik ki, ən azı 60 faiz səs qazanacağıq. Biz sizdən aldığımız möhkəm, polad mandatla Ermənistan Respublikasında vətəndaş müharibəsi başlatmaq istəyən qüvvələri Ermənistanın siyasi meydanından silib atacağıq”.

Paşinyan çıxışında habelə 1999-cu ilin 27 oktyabrında parlamentin güllələnməsini yada salıb. Deyib ki, o vaxt ölkənin milli təhlükəsizlik naziri Serj Sarqsyan, Prezidenti isə Robert Köçəryan idi.

Baş nazir əvəzi Robert Köçəryanın “onu böyük məmnuniyyətlə istənilən silah növü ilə duelə dəvət edərəm” atmacasına da reaksiya verib: “Zənnimcə, bu adam şəxsən əlinə silah alacaq, çünki Nairi Unanyan (27 oktyabr hadisəsini törətmiş dəstənin başçısı - red) həbsxanadadır. Onun bütün hakimiyyəti öz xalqını duelə çağırmaqdan və güllələməkdən ibarət olub. 2008-ci ilin 1 martında da belə olub. Onda da adamları dəvətsiz filansız güllələyiblər. Ya da o birisi (Serj Sarqsyan - red)... parlamentin spikeri, Baş nazir güllələnəndə sən milli təhlükəsizlik naziri idin. Bundan sonra özünü niyə pəncərədən atmadın? Yəqin ona görə ki, sənin başçılıq etdiyin strukturun baş verənlərdən xəbəri vardı və ölkənin təhlükəsizliyinin təminatı üçün heç bir addım atmırdı. Ona görə ki, Vazgen Sarkisyan və Karen Dəmirçyan Meğrinin Azərbaycana verilməsinə qarşı çıxış edirdilər”.


Cermuxda seçicilərlə görüş keçirən Serj Sarqsyan isə əsgərlərin ölümlərinə görə Paşinyanı ittiham edib. O bildirib ki, Paşinyanın bir azca ləyaqəti olsaydı özünü öldürməli idi: “And içirəm ki, əgər mən ali baş komandan olsaydım və belə vəziyyət yaransaydı, sadəcə olaraq özümü güllələyərdim. Belə yaşamaq kimə lazımdır?”

Keçmiş hakim Respublika Partiyasının lideri seçki kampaniyasına keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə birgə başlayıb. Serj Sarqsyan hazırkı hakimiyyəti sərt tənqid atəşinə tutub: “İndi mənim üçün, komandamın üzvləri üçün “biz xəbərdarlıq etmişdik”, “biz proqnozlaşdırmışdıq” kimi ifadələri işlətmək asandır. Amma bu gün bu mənasız sözlər nə həlak olmuş 5 min balamızı, nə də 75 faizi itirilmiş vətənimizi - Artsaxı (Qarabağ - red) geri qaytaran deyil. Bu sözlərlə 35 min qaçqınımız üçün evlər tikilən və milli ləyaqətimiz bərpa olunan deyil...”

Sarqsyan hakimiyyəti müttəfiqləri itirməkdə ittiham edib: “Ermənistan bu satqınlara görə öz müttəfiqlərinin hörmət və etimadını itirib. Bu populistlər hakimiyyəti yalnız bir məsələdə bacarıqlı olub: Millətimizin didilməsində, zəifləməsində, müharibədə məğlub edilməsində və tədricən baş verən ölümə düçar edilməsində. Qarşıdan gələn seçki ölümə qalib gəlmək və dirçəlmək imkanıdır”.


Robert Köçəryanın “Hayastan” bloku isə seçki kampaniyasına Sünikdə (Zəngəzurda-red) başlayıb. Əkərəkdə çıxış edən Köçəryan Baş nazir əvəzi Paşinyanın ittihamlarını rədd edib və deyib ki, o heç vaxt Meğrini Azərbaycana vermək niyyətində olmayıb: “Biz hər hansı dəhliz barəsində dəhliz kimi danışıq aparmamalıyıq və başa düşməliyik ki, belə maraq varsa, bu ölkəmiz üçün təhlükədir. Amma bu həm də bu kartdan başqa oyunçularla birlikdə istifadə etmək imkanıdır”.

Köçəryanın Meğrini Azərbaycana vermək istəməsini onun Meğridə keçirdiyi görüşdə bu şəhərin bir sakini də dilə gətirib. O deyib ki, Karen Dəmirçiyanın “Birlik” blokundan deputat olub və bu variantı kimin və necə təklif etdiyi yadındadır: “Vardan Oskanyanın variantlar təklif etməsi yadımdadır: 1.5 kilometrlik zolağı Azərbaycana verək. Məni Köçəryanın nə deməsi maraqlandırmır. Ən mühüm məqam o idi ki, o Qarabağı danışıqlardan kənarda qoydu və Qarabağ-Azərbaycan münaqişəsini Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsinə çevirdi”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar