Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda qalib, Qarabağda məğlub olan Paşinyan verdiyi vədləri yerinə yetirəcək?

Nəqliyyat kommunikasiyalarının­ açılması Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə diplomatik münasibətlər qurmasını tələb edir...

Politoloq: “Paşinyanı birinci dəfə hakimiyyətə qalib xalq, ikinci dəfə hakimiyyətə isə məğlub xalq gətirdi. Çox güman ki, onlar müharibə istəmirlər”.

“Seçkilərdən sonra Azərbaycan tərəfinin Paşinyanın ilk növbədə Qarabağla bağlı məsələni həll edəcəyini gözləməsi normaldır. Amma düşünürəm ki, bu məsələdə tələsmək lazım deyil”.

Bu sözləri politoloq Turan Rzayev seçkidən sonra Nikol Paşinyanın Qarabağla bağlı atacağı addımları PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, Azərbaycan tərəfi Paşinyanın yeni hökümətinin qurulmasından həmən sonra ilk növbədə Qarabağla bağlı həllini gözləyən məsələlərin həllini istəyəcək və Bakı Paşinyandan verdiyi vədləri yerinə gətirməsini tələb edəcək.

Dünən Azərbaycan XİN-in rəhbəri Ermənistanla münasibətlərin normallaşması üçün Bakının hazır olduğunu bildirdi. Bunun üçün ilkin şərt isə sadəcə Yeravanın Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədlərini tanımasıdır. Bu addım həmçinin Ermənistan tərəfindən Dağlıq Qarabağın da Azərbaycan ərazisi olaraq tanınması anlamına gələcək. Bu da öz-özlüyündə Dağlıq Qarabağ probleminin həlli olacaq. Yəni Yeravan hər nə qədər Dağlıq Qarabağ üçün status tələb etsə də, bu status ancaq Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədlərinin Ermənistan tərəfindən tanınması və iki ölkə arasında diplomatik münasibətlərin yaranması ilə öz həllini tapa bilər.

Dağlı Qarabağ probleminin son həll prossesində əsas əngəllərdən biri isə ölkələr arasında sərhədlərin demarkasiya və delimitasiya məsələsidir ki, bu məsələdə sürətlə öz həllini tapmalıdır. Dünən Ermənistanın Geqarkunik əyalətinin qubernatoru Qnel Sanosyan bildirib ki, həm Azərbaycan, həm də Ermənistan tutduqları mövqelərdən geri çəkiləcək, sərhəd bölgəsinə Rusiya ordusu yerləşdiriləcək. Qubernator qeyd edib ki, Rusiya hərbçilərinin təkcə Geqarkunikdə yox, büün sərhəd boyu – Geqarkunikdən Zəngəzura, Gorusa qədər yerləşməsi müzakirə olunur. Bu da təbii ki, qarşıdurma olmadan sərhədlərin demarkasiya və delimitasiya üçün stimul yaradacaq.

Qeyd edək ki, üçtərəfli bəyanatın əsas və yerinə yetirilməyən müddəlarından biri olan nəqliyyat kommunikasiyalarının­ açılması Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə diplomatik münasibətlər qurmasını tələb edir. Paşinyanın belə bir siyasi iradə nümayiş etdirməsini gözləmək olarmı və ilin sonuna qədər bu prossesin sona çatacağına ümid etmək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “50 ildə keçsə Ermənistanla münasibətlərimizdə hər zaman ehtiyatlı davranmalıyıq. Çünki Ermənistana etimad heç zaman olmaz, ola da bilməz”.

Əgər Yeravan sərhədlərin demarkasiya və delimitasiya məsələsində maneçilik törətməsə, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində tanısa, bu danışıqların yüksək səviyyədə aparılmasına və daimi sülhün əldə olunacağına gətirib çıxaracağını düşünən politoloq PİA.az-a bildirib ki, bunlar baş vermədiyi təqdirdə, hansısa bir yaxınlaşmadan, münasiblərin düzəlməsindən bəhs edə bilmərik:

“Seçkidən sonra Azərbaycan tərəfinin Paşinyanın ilk növbədə Qarabağla bağlı məsələni həll edəcəyini gözləməsi normaldır. Amma düşünürəm ki, bu məsələdə tələsmək lazım deyil. Çünki bundan öncə Nikol Paşinyan hakimiyyətə gələndə də sülh vədləri vermişdi. Lakin biz gördük ki, Paşinyan daha sonra qalib ədasından çıxış etməyə başladı. O, separatçı qurumun rəhbərinin Şuşada inauqurasiya mərasimini keçirdi və danışıqları dalana dirədi. Həmçinin də Cıdır düzündə yallı getdi. Daha sonra isə Tovuz hadisələri baş verdi.

Bunların hamısını edən Nikol Paşinyan hakimiyyəti idi. Nəticədə də 44 günlük müharibə baş verdi və Azərbaycan hərbi yolla öz torpaqlarını geri qaytardı. Yəni bütün bu reallıqlar nəzərə alınmalıdır. Bu faktları gözardı etmək olmaz. Düşünürəm ki, Paşinyanın sülh danışıqlarına gedib-getməyəcəyi haqqında danışmaq tezdir.

Azərbaycan ilk gündən Ermənistanla müharibənin olmasını istəmədiyini deyib. Azərbaycan prosesin həllində dinc yolla maraqlı olan tərəfdir. Bu gün də Azərbaycan tərəfi prosesin sülh yolu ilə həll olunmasını istəyir. Bunu da Azərbaycan Xarici İşlər Nazirliyi səviyyədə qarşı tərəfə çatdırır. Ermənistan tərəfinin buna riayət edib-etməyəcəyi qarşıdakı günlərdə bilərik.

Turan Rzayev: “Azərbaycanın qalibiyyəti erməni xalqının siyasi görüşündə mifologiyanın dağılmasına səbəb oldu. Buna görə düşünürəm ki, Nikol Paşinyanın xarici siyasətində dəyişiklik olacaq”.

Bir məqama da diqqət etmək lazımdır. Nikol Paşinyan birinci dəfə inqilab yolu ilə hakimiyyətə gələndə erməni xalqının qalib ədası vardı. Lakin 44 günlük müharibə baş verdi və Azərbaycan qalib oldu. Azərbaycanın qalibiyyəti erməni xalqının siyasi görüşündə mifologiyanın dağılmasına səbəb oldu. Buna görə düşünürəm ki, Nikol Paşinyanın xarici siyasətində dəyişiklik olacaq.

Nəzərə almalıyıq ki, Paşinyanı birinci dəfə hakimiyyətə qalib xalq, ikinci dəfə isə hakimiyyətə məğlub xalq gətirdi. Çox güman ki, onlar müharibə istəmirlər. Nikol Pasinyanın rəqibləri Robert Köçəryan və Serj Sərkisyanın da seçki öncəsi kompaniyalarına baxsaq, onların əsasını revanşizm, yenidən müharibə kimi məsələr var idi. Amma erməni tərəfi faktiki olaraq müharibəni istəyən tərəfləri deyil, müharibədən dərs çıxaran tərəfi seçdi. Buna görə də artıq iki ölkə arasında buzları ərimə prosesinin gedə bilməsini deyə bilərik.

Xüsusilə qeyd edim ki, 50 ildə keçsə Ermənistanla münasibətlərimizdə hər zaman ehtiyyatlı davranmalıyıq. Çünki Ermənistana etimad heç zaman olmaz, ola da bilməz. Ermənistanın bundan sonrakı davranışı proseslərin hansı formada gedəcəyini göstərəcək.

Əgər Yeravan sərhədlərin demarkasiya və delimitasiya məsələsində maneçilik törətməsə, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində tanısa bu danışıqların yüksək səviyyədə aparılmasına və daimi sülhün əldə olunmasına gətirib çıxaracaq. Lakin bunlar baş vermədiyi təqdirdə, hansısa bir yaxınlaşmadan, münasiblərin düzəlməsindən bəhs edə bilmərik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar