Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Seçkilərdən sonrakı mərhələdə Paşinyan hakimiyyəti reytinqini qoruyub saxlaya bilib?..

Politoloq: “Müxalifət müharibədən sonra, ağır məğlubiyyət fonunda seçki yolu ilə Paşinyanı dəyişə bilmədilərsə, bundan sonra da seçki yolu ilə Paşinyanı dəyişə bilməyəcəklər”.

“Paşinyan Azərbaycan və Türkiyə ilə məsələləri həll etməlidir və bunu tez bir zamanda etməlidir ki, erməni xalqı da onun sülhə və davamlı nkişaf prosesinə nail olduğunu görsün. Lakin Ermənistanın baş naziri bu məsələdə də gözləmə mövqeyini tutur və bu da strateji səhvdir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda keçirilən müxalifətin aksiyalarının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistanda aprelin 25-dən etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Yerevanda müxalifətin aksiyaları isə güclənir və intensizv xarakter alır.

Təsdiqlənməmiş məlumata görə KTMT-nin toplantısaında Nikol Paşinyan iğtişaşların qarşısının alınması Yeravana bəzi şəhərlərə KTMT qüvvələrinin yeridilməsini təklif edib. Onun bu təklifi isə qəbul olunmayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında Qazaxıstanda iğtişaşlar zamanı bu ölkəyə KTMT sülhməramlıları yeridilmişdi. Lakin gözlənilmədən bir neçə gün sonra həmin qüvvələr Qazaxıstandan çıxarılmışdı.

Bu aksiyalar fonunda Paşinyanın devrilməsinə ehtimal vermək olar və Paşinyan hakimiyyətinin hazırkı sosial dayaqlarını necə dəyərləndirmək olar? Ümumiyyətlə seçkilərdən sonrakı mərhələdə Paşinyan hakimiyyəti reytinqini qoruyub saxlaya bilibmi və kənar müdaxilə olmadan Paşinyan müxalifətin hücumlarının qarşısını ala bilmək üçün yetərli gücə sahibdirmi?

Ermənistanda baş verənləri PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Ermənistanda çoxluq müharibə istəmir və Qarabağ yükündən qurtulmaq istəyir. Buna görə də onlar Paşinyan hakimiyyətinin davam etməsinin istəyir”.

Müxalifətin Ermənistanda aksiya keçirməklə suyu bulandırdığını və vəziyyəti gərginləşdirməyə çalışdığını vurğulayan politoloq PİA.az-a bildirib ki, müxalifət artıq Rusiya ilə bağlı olduqlarını etiraf edir və onlara təlimatların Moskvadan gəldiyini istisna etmək olmaz:

Ermənistanda aksiyalar davam edir. Amma demək olmaz ki, aksiyalar kütləvi xarakter daşıyır və halimiyyət üçün total təhlükə yaradır. Uzaq başı 7-8 min adam bir küçədən o biri küçəyə, bir mərkəzdən başqa mərkəzə qaçır. Məsələn, Nikol Paşinyan hakimiyyətə gələndə onun arxasınca 10 minlərlə, hətta 100 minlərlərlə insan gedirdi. Onu da qeyd edim ki, həmin proseslərdə Paşinyan demək olar ki, tək idi və prosesləri idarə edə bilmək üçün ciddi komandaya sahib deyildi. Amma indi Ermənistanda bütün radikal müxalifət birləşib Paşinyanın yığdığı insanların beşdə birini yığa bilmir.

Hər bir halda müxalifət Ermənistanda aksiya keçirməklə suyu bulandırır və vəziyyəti gərginləşdirməyə çalışırlar. Müxalifət artıq Rusiya ilə bağlılıqlarını olduğunu etiraf edirvə onlara təlimatların Moskvadan gəldiyini istisna etmək olmaz. Buna görə mümkündür ki, Paşinyana qarşı sui-qəsd, dövlət çevrilişi cevriliş ehtimalı olsun. Ancaq müharibədən sonra, açır məğlubiyyət fonunda onlar seçki yolu ilə Paşinyanı dəyişə bilmədilərsə, bundan sonra da seçki yolu ilə Paşinyanı dəyişə bilməyəcəklər. Paşinyan da buna arxayındır.

Qeyd edim ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi prosesini ləngitməklə problemlərini dərinləşdirə bilər. Paşinyan Azərbaycan və Türkiyə ilə məsələləri həll etməlidir və bunu tez bir zamanda etməlidir ki, erməni xalqı da onun sülhə və davamlı inkişaf prosesinə nail olduğunu görsün. Lakin Ermənistanın baş naziri bu məsələdə də gözləmə mövqeyini tutur və bu da strateji səhvdir. Görünür ki, ona qarşı xaricdən, Rusiyadan və diaspordan təzyiqlər böyükdür. Ancaq o da faktdır ki, Paşinyan gözləmə mövqeyini tutduqca, radikal müxalifət indi zəif görünsə də, Paşinyana qarşı daha tutarlı alətlər əldə edə bilərlər. Hətta onlar Rusiya kəşfiyyatı ilə birgə Paşinyana qarşı dövlət çevrilişi də həyata keçirə bilərlər.

Elxan Şahinoğlu: “Paşinyan gözləmə mövqeyini davam etdirərək erməni xalqının sülh istəyini reallaşdırmaqdan qaçsa, vəziyyət onun ziyanına dəyişə bilər”.

Bildiyimiz kimi Paşinyan müharibədə ağır məğlubiyyətə uğradı. Normalda istənilən dövlətdə məğlub olan hakimiyyət səs qazana bilməməli idi və hakimiyyətdən getməliydi. Amma Paşinyan yenidən tək başına hökümət formalaşdıracaq qədər böyük səs qazandı və yeni hökümətini qurdi. Bu da o deməkdir ki, Ermənistanda çoxluq müharibə istəmir və Qarabağ yükündən qurtulmaq istəyir. Son parlament seçkilərində əslində Ermənistan xalqı ona Azərbaycan və Türkiyə sülh müqaviləsi imzalamaq üçün mandat verdi. Paşinyan isə hazırda bu məsələdə zəiflik nümayiş etdirir və bundan da yararlanmağa çalışan müxalifət onun hakimiyyətini devirmək istəyir hakimiyyətinin davam etməsinin istəyir. Sadəcə olaraq o çoxluq küçələrə çıxmır. Onlar passiv çoxluqdur və sülh istəyirlər. Xatırladım ki, 2021-ci idə Paşinyanı hərbi yolla devirməyə çalışanda, məğlub baş nazirin çağırışı ilə on minlərlə insan küçələrə axışıb Paşinyana öz dəstəklərini nümayiş etdirdilər. Bu da bir daha onu göstərdi ki, erməni xalqı məğlub baş nazirdən sülhün əldə olunmasını istəyir.

Hesab edirəm ki, yenə də Ermənistanda seçkilər keçirilsə, həmin passiv çoxluq Paşinyana səs verəcək. Çünki onlar radikallara səs versələr, bu, yenidən müharibənin başlanması anlamına gələcək. Erməni cəmiyyəti də bundan qorxur. Lakin Paşinyan gözləmə mövqeyini davam etdirərək erməni xalqının sülh istəyini reallaşdırmaqdan qaçsa, vəziyyət onun ziyanına dəyişə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar