Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda hərbçilər qəzaya düşdü

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının idarə etdiyi iki avtomobilin toqquşması nəticəsində bir neçə hərbçi ağır xəsarət alıb. 

Ermənistan mətbuatı  bildirir ki, iyulun 12-də saat 02:10 radələrində Yerevan-Yerasx avtomobil yolunun 16-cı kilometrliyində 27 yaşlı hərbi qulluqçu Ruben Qriqoryanın idarə etdiyi “Opel” markalı avtomobil Ermənistan ordusuna məxsus hərbi avtomobilə çırpılıb. Nəticədə “UAZ Pikap” markalı avtomobil aşıb və bir neçə hərbçi müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yol nəqliyyat hadisəsi zamanı xəsarət alan hərbi qulluqçular 28 yaşlı X.Narek, 23 yaşlı S.Qrişa, 30 yaşlı T.Hraç, 26 yaşlı S. Seryoja və hələlik adı bilinməyən daha bir hərbçi “Erebuni” tibb mərkəzinə təxliyə edilib.
Yaralanan hərbçilərdən birinin yolda öldüyü bildirilir. Hadisə yerinə mülki polislər, eləcə də Ararat və Vayots Dzor vilayət hərbi polis şöbəsinin əməkdaşları cəlb olunub.

Müayinə zamanı məlum olub ki, hadisə Ermənistan ordusunun 556-cı əlahiddə motoatıcı alayının içkili vəziyyətdə olan hərbi qulluqçusunun - “Opel”in sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.
“UAZ Pikap” markalı avtomobil isə Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrini 22-ci briqadasına məxsusdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar