Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistan SQ-nin Aviasiya İdarəsinin keçmiş rəisi həbs olundu – Yararsız raketlər aldığı üçün

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin keçmiş rəisini saxlayıb.
 
Ovqat.com xəbər verir ki, sabiq yüksək rütbəli hərbçi çoxlu sayda yararsız təyyarəni silahı alıb və dövlətə milyardlarla dollar ziyan vurmaqda ittiham olunur.
                                 
Ermənistan MTX-nin yaydığı məlumatına görə, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri 1985-1991-ci illərdə istehsal olunan raketləri alıb və endirimli qiymətlərlə Müdafiə Nazirliyinə satıb. Silahlar qəbul edilməsə də, Müdafiə Nazirliyində anbarda saxlanılıblar. Aviasiya idarəsinin rəisi bunu bilə -bilə saxta sənədləşmə yolu ilə bu raketləri yenidən hərbi şöbəyə bazar qiymətindən baha qiymətə - hər raketi 1100 dollar satıb. Ordunun həqiqi ehtiyaclarını nəzərə almayan aviasiya rəisi təxminən 5,6 milyon dollarlıq bir müqavilə imzalayıb.
 
Rəsmi açıqlamada qeyd edilir ki, "satın alındıqdan" bir müddət sonra bu raketlərin bir qismi istismardan çıxarılıb, qalanları isə Dağlıq Qarabağdakı 44 günlük müharibə də daxil olmaqla ümumiyyətlə heç bir döyüşdə istifadə edilməyib, yararsız olduğundan edilə də bilməzdi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurub: İran maşınları vergi ödəyib keçir

Ən çox oxunanalar