Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Qarabağda ev tikintisinə 208 milyon dollar ayırıb

Ermənistan hökuməti Qarabağda ermənilərə ev və infrastruktur tikintisi üçün 208 milyon dollar(110 milyard dram) ayırmaq barədə qərar qəbul edib.

Musavat.com Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Ermənistan və Xankəndindəki qondarma qurumun təhlükəsizlik şuralarının birgə iclasında məlumat açıqlayıb.

Paşinyanın sözlərinə görə, bu vəsaitin 58 milyard dramı “Hayastan” ümumerməni fondundan, 52 mlyard dramı isə bilavasitə Ermənistan büdcəsindən ayrılacaq.

Paşinyan həmçinin qeyd edib ki, iclasda onun 2020-ci ilin 18 noyabrında açıqladığı yol xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması məsələləri də müzakirə olunub. Bura həm də Qarabağda normal həyatın bərpası və sosial-iqtisadi inkişafın sürətləndirilməsi də aiddir.

Xandkəndi ermənilərini rəhbəri Arayik Arutunyan isə artıq 4 min evin tikinti layihəsinin hazır olduğunu deyib. Yaxın aylarda isə daha 2 min evin planı hazırlanacaq.

Xatırladaq ki, A.Arutunyan bundan əvvəl Ermənistana 30 minə yaxın Qarabağ ermənisinin köçdüyünü bildirmişdi.

pia.az 


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar