Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan özü istəmədən Azərbaycanın leyhinə addım atmış oldu” - Politoloq

BMT-nin Beynəlxalq Məhkəməsi Laçın yolu ilə bağlı iddilara baxır...

Xəyal Bəşirov: “Əslində Ermənistan bu məsələni gündəmə gətirməklə, eyni zamanda məsələni BMT-nin Beynəlxalq Məhkəməsinə çıxarmaqla Azərbaycanın Laçın yolunda baş verən reallıqlarla bağlı ortaya qoyduğu mövqeyi dünyanın diqqətinə çatdırmış oldu”.

“Hazırkı mərhələdə bu məhkəmələrdə müvafiq zərərin ödənilməsi ilə bağlı real nəticə əldə etməsək belə, bütün bu addımlar bizim gələcəkdə həmin istiqamətində əldə edəcəyimiz yekun uğurun təməl daşlarıdır”.

Bu sözləri politoloq və hüquqşünas Xəyal Bəşirov BMT-nin Beynəlxalq məhkəməsi Laçın yolu ilə bağlı qəbul etdiyi qərarı PİA.az-a şərh edərkən qeyd edib.

BMT-nin Beynəlxalq məhkəməsi Laçın yolu ilə bağlı dünən Ermənistanın iddiasına baxıb. Bu gün isə Azərbaycanın iddiasına baxacaq. Bəs dünən keçirilən məhkəməni necə dəyərləndirmək olar və Beynəlxalq Məhkəmənin qərarı hansı hüquqi və siyasi məsuliyyət doğura bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq və güquqşünas Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Dünən və bu gün keçiriləcək məhkəmələrdə rəsmi Bakı Ermənistanın Azərbaycana 30 il ərzində vurduğu ziyanların, ümumiyyətlə Azərbaycan dövlətinə, xalqına qarşı törətdiyi bütün zərərin ödənilməsi istiqamətində uğur əldə edəcək”.

Əslində bu proseslərin Ermənistanın deyil, Azərbaycanın məqsədlərinə xidmət etdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, baş verən proseslər Azərbaycana daha çox uğur gətirir:

Ermənistan özü istəmədən Azərbaycanın leyhinə addım atmış oldu. Əslində Ermənistan bu məsələni gündəmə gətirməklə, eyni zamanda BMT-nin Beynəlxalq məhkəmənə çıxarmaqla Azərbaycanın Laçın yolunda baş verən reallıqlarla bağlı ortaya qoyduğu mövqeyi dünyanın diqqətinə çatdırmış oldu. Laçın yolunun bağlanmaması bir reallıqdır və istəsələr də, istəməsələr də bunu görmək məcburiyyətindədirlər. Ermənistan bu məsələni gündəmə gətirməklə Azərbaycan üçün real platformada şərait yaratdı ki, Azərbaycan Ermənistanın 30 ilə yaxın bir müddət ərzində etdiyi və bu gün də davam etdiyi ekoloji terroru, o cümlədən də qanunsuz iqtisadi fəlaiyyəti, Azərbaycan xalqına, dövlətinə məxsus olan faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı hüquqa zidd, qanuna zidd əməllərini açıq şəkildə göstərmiş oldu.

Hesab edirəm ki, Ermənistanın Laçın yolu ilə bağlı qaldırdığı iddiaya BMT-nin Beynəlxalq Məhkəməsinin baxması, həm də Azərbaycan Ermənistana qaldırdığı iddia ilə bağlı bütün hüquqi müstəvidə Ermənistana qarşı yürütdüyümüz siyasətin nəticəsini verəcək. Ümumiyyətlə, Ermənistan bu günə qədər Fransa vasitəsilə müxtəlif platformalarda, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına da Azərbaycanla bağlı məsələni çıxarmağa çalışmışdı. Hətta BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə də edildi. Amma orada Azərbaycanın dostları, o cümlədən haqqın və ədalətin yanında olan dövlətlərin səyləri, dəstəkləri nəticəsində rəsmi Bakı haqlı mövqeyini sübut edə bildi. Bununla da Fransa, Ermənistan və onların alətinə çevrilən BMT-nin Təhlükəsizlik Şurası iflasa uğradı.

Xəyal Bəşirov: “Bu proseslər bir daha Ermənistanın yürütdüyü siyasəti, Ermənistanın törətdiyi cinayətlərlə bağlı olan addımlarını ifşa etmək xarakteri daşıyır”.

Düşünürəm ki, bu məsələ beynəlxalq ədalət məhkəməsində də bu şəkildə yekunlaşacaq. Ermənistanın istənilən platformaya bu məsələni qaldırmasına baxmayaraq oradakı reallıqları, həmçinin Azərbaycanın dünyanın diqqətinə çatdırmaq istədiyi erməni cinayətlərinin ifşa edilməsi istiqamətində bizim əlimdə kifayət qədər sübutlar və dəlillər var ki, bununla da Azərbaycan Ermənistana həmin platformalarda da qalib gələ biləcək.

Dünən və bu gün keçiriləcək məhkəmələrdə rəsmi Bakı Ermənistanın Azərbaycana 30 il ərzində vurduğu ziyanların, ümumiyyətlə Azərbaycan dövlətinə, xalqına qarşı törətdiyi bütün zərərin ödənilməsi istiqamətində uğur əldə edəcək. Çünki biz mərhələli şəkildə bu məsələdə uğur əldə etmək iradəmizi ortaya qoymuşuq. Əslində bu proseslər Ermənistanın deyil, Azərbaycanın məqsədlərinə xidmət edir və Azərbaycana daha çox uğur gətirir. Bu proseslər bir daha Ermənistanın yürütdüyü siyasəti, Ermənistanın törətdiyi cinayətlərlə bağlı olan addımlarını ifşa etmək xarakteri daşıyır.

Hər bir halda hesab edirəm ki, hazırkı mərhələdə bu məhkəmələrdə müvafiq zərərin ödənilməsi ilə bağlı real nəticə əldə etməsək belə, bütün bu addımlar bizim gələcəkdə həmin istiqamətində əldə edəcəyimiz yekun uğurun təməl daşlarıdır. Bu gün keçirliləcək məhkəmədə də biz həmin istiqamətində növbəti uğurlu addımı atacağıq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Laçın yolu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar