Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistan növbəti dəfə razılaşmalardan boyun qaçırır... - Sülh üçün 30 il daha gözləyəcəyik?

Qərb-Rusiya qarşıdurmasının açıq müstəviyə keçdiyi indiki dönəmdə sülh danışıqlarının başlanmasının ölü nöqtədən çıxması mümkün görünür?..

Politoloq: “Ermənistanda müxalifətin etiraz aksiyaları bir daha Moskvanın Avropa İttifqanın vasitəçiliyi ilə Bakı-İrəvan birbaşa ikitərəfli müzakirələrinin başlamasına münasibətini nümayiş etdirdi”.

“İrəvan konkret müddətlərin müəyyənləşdirilməsindən yayınır və prosesi uzatmaqda maraqlı görünür. Bakı üçün bu məqbul yanaşma deyil və bu belə davam edərsə, biz Azərbaycanın təzyiqlərinin artmasının şahidi olacağıq”.

Bu sözləri Zaur İbrahimli Ermənistan-Azərbaycan danışıqlarının son vəziyyətini və cəbhədə baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistandakı etirazlar fonunda AzərbaycanErmənistanın Brüsseldə Avropa Birliyinin vasitəçiliyi ilə əldə edilən razılaşma demək olar ki, bir kənara atılıb və Rusiyanın yenidən vasitəçiliyi gündəmə gəlib. Bununla yanaşı ermənilər Kəlbəcər istiqamətində də atəşkəsi intensiv şəkildə pozmağa başlayıb.

Növbəti dəfə şifahi razılaşmaların reallaşmasından boyun qaçıran Ermənistanın hazırkı siyasətini necə dəyərləndirmək olar? Ümumiyyətlə hazırkı situasiyada, xüsusən Qərb-Rusiya qarşıdurmasının açıq müstəviyə keçdiyi indiki dönəmdə sülh danışıqlarının və sərhədlərin müəyyənləşirilməsi üçün prosesin başlanmasının ölü nöqtədən çıxması mümkün görünür?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Azərbaycan öz mövqeyini vasitəçilərə görə dəyişmir və ən vacib məqam Ermənistan iqtidarının vasitəçilərdən asılı olmayaraq, bu şərtləri qəbul etməsidir”.

Moskvanın güclənən təzyiqləri nəticəsində rəsmi İrəvanın yenidən Moskvanın irəli sürdüyü gündəliyi aktuallaşdığını vurğulayan politoloq PİA.az-a bildirib ki, buna görə də Ermənistanın Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş razılaşmalalardan, yaxud yol xəritəsindən imtina etməsini söyləmək hələ tezdir:

Ermənistanda müxalifətin etiraz aksiyaları bir daha Moskvanın Avropa İttifqanın vasitəçiliyi ilə Bakı-İrəvan birbaşa ikitərəfli müzakirələrinin başlamasına münasibətini nümayiş etdirdi. Moskva bütün mümkün vasitələrlə postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, dövlət sərhədi, nəqliyyat yollarının açılması ilə bağlı razılaşmaların əldə olunması prosesində əsas moderator olmağa çalışır. Buna daha çox Ermənistan hakimiyyətinə təzyiq yolu ilə nail olmağa cəhd göstərir. Rusiyanın Ermənistanda təsir imkanları kifayət qədər güclüdür və hələ ki, ABŞ, Avropa İttifqaının dəstəyi, hətta erməni cəmiyyətinin loyal münaisbətinə baxmayaraq, baş nazir Paşinyan komandası bu təzyiqi tam neytrallaşdıra bilmir.

Xüsusən nəzərə almaq laızmdır ki, Rusiyanın hələ də ordu və təhlükəsizlik qüvvələri daxilində təsir imkanları qalmaqdadır. Bu baxımdan Paşinyan daim manver etmək məcburiyyətində qalır. Moskvanın güclənən təzyiqləri nəticəsində rəsmi İrəvan yenidən Moskvanın irəli sürdüyü gündəliyi aktuallaşdırır. Bununla belə Ermənistanın Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş razılaşmalardan, yaxud yol xəritəsindən imtina etməsini söyləmək hələ tezdir. Azərbaycan üçün əsas məsələ rəsmi Bakının irəli sürdüyü 5 əsas şərt çərçivəsində sülh müqaviləsinin hazırlanması üzrə prosesin başlamasıdır.

Azərbaycan öz mövqeyini vasitəçilərə görə dəyişmir və ən vacib məqam Ermənistan iqtidarının vasitəçilərdən asılı olmayaraq, bu şərtləri qəbul etməsidir. Azərbaycan üçün əsas məsələ bu şərtlərin qəbul edilməsi və bu əsasda razılaşmaların əldə olunması üçün konkret addımların atılmasıdır. Əlbətdə əldə olunmuş təcrübə göstərir ki, Avropa İttifaqı vasitəçiliyi ilə daha müsbət nəticələr əldə olunur və danışıqlar prosesi daha məhsuldardır.

Zaur İbrahimli: “Rusiya-Qərb qarşıdurmasının açıq müstəviyə keçməsi risklərlə yanaşı imkanlar da yaradır”.

Azərbaycan üçün daha bir prioritet bu razılaşmaların nəticəsində sülhün tez bir zamanda əldə edilməsidir. Rəsmi Bakı danışıqların və razılaşmaların konkret müddətlərinin müəyyən olunmasını vacib hesab edir. Ermənistanın mövqeyində isə biz fərqli yanaşma görürük. İrəvan konkret müddətlərin müəyyənləşdirilməsindən yayınır və prosesi uzatmaqda maraqlı görünür. Bakı üçün bu məqbul yanaşma deyil və bu belə davam edərsə, biz Azərbaycanın təzyiqlərinin artmasının şahidi olacağıq.

Rusiya-Qərb qarşıdurmasının açıq müstəviyə keçməsi risklərlə yanaşı imkanlar da yaradır. Hazırda Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmli amildir. Həmçinin, Türkiyənin də əhəmiyyəti artıb, bölgəmiz Rusiya üçün əsas tranzit yollarından birinə çevirilib, belə bir vəziyyətdə Bakı və Ankarının təzyiqləri ilə RusiyaErmənistanla razılaşmalar əldə edilməsi imkanları qalır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Müğənni Aysunun dörd geyim dəyişdiyi toyundan rəngli görüntülər - Video, Yenilənib

Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - Siyhı

Rektorun mülkləri açıqlandı - 22 illin rektoru olan Havar Məmmədovun nələri var?..

DTX-dan Gömrük Komitəsində daha bir əməliyyat - Saxlanılanlar var

“Bəyin oğurlanması”nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - Foto

Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlının şəxsiyyəti məlum olub - Yenilənib

Zaur Kamal onu tənqid edənlərə belə cavab verdi - Video

Putin insanlardan niyə uzaq qaçır? - Rusiya prezidenti zəhərlənmədən qorxur, yoxsa?..

Sahil Babayevin əmisi oğlu rüşvətə görə həbs olundu

Gürcülər qəzəblənib... - Gürcüstan niyə Avropa Birliyindən kənarda saxlanıldı?

Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının iclasını keçirdi

Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib - Yenilənib

Ən çox oxunanalar