Cümə axşamı, 23 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistan-Azərbaycan: münaqişənin qızışması Fransanın sifarişidir

TasnimNews, İran
30.07.2021

Ötən ilin sonlarında baş vermiş 44 günlük Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan hərbi və iqtisadi cəhətdən ciddi şəkildə zəifləyib. Nəticədə o, ən azı yaxın 10 ildə Azərbaycanla müharibə aparmaq iqtidarında olmayacaq. Bununla belə, Yerevan Fransa və ABŞ hərbçilərini bölgəyə gətirməyə çalışır.

“Tasnimnews” xəbər verir ki, İkinci Qarabağ müharibəsinə son qoymuş 2020-ci ilin 10 noyabr bəyannaməsinin imzalanmasından 8 aydan çox vaxt keçməsinə, Azərbaycanın işğal altındakı ərazilərinin böyük hissəsini azad etməsinə baxmayaraq, Ermənistan hökuməti Azərbaycana qarşı beynəlxalq təbliğat aparır, Bakını onun ərazisinə təcavüzdə günahlandırır. Yerevanın son əməlləri onun sülh axtarışında olmadığını, əksinə, daha çox müharibəyə doğru getdiyini göstərir.

Düzdür, Ermənistan 44 günlük müharibədəki məğlubiyyətindən sonra hərbi və iqtisadi cəhətdən ciddi şəkildə zəifləyib. İndi o, ən azı qarşıdakı 10 ildə Azərbaycanla müharibə aparmaq gücündə olmayacaq. Əvəzində, Yerevan Fransa və ABŞ qüvvələrinin bölgəyə ayaq açmasına, onların Azərbaycanla sərhədə yerləşdirilməsinə çalışır. Bu yolla ermənilər Xankəndidəki (Stepanakert) on minlərlə silahlı separatçının köməyi ilə Qarabağ müharibəsini yenidən alovlandırmağa, Qərb güclərinin yardımı ilə kartları öz xeyrinə dəyişməyə cəhd edir.

Ermənistanın bu yaxınlarda Kəlbəcər sərhədində başlatdığı silahlı toqquşma bir neçə Azərbaycan hərbçisinin ölümünə səbəb olub. Bu, müharibədən yeni çıxmış, atəşkəs bəyannaməsi imzalamış ölkənin işinə bənzəmir. Görünür, Yerevan müharibəni yenidən qızışdırmaq, bununla da bölgəyə xarici hərbi müdaxiləyə yol açmaq niyyətindədir.

Maraqlıdır ki, baş verənlərin fonunda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyapərəst Vaqarşak Harutunyanı müdafiə naziri vəzifəsindən kənarlaşdırıb. Onun yerinə Qərbpərəst Arşak Karapetyan təyin olunub. Ölkənin XİN başçısı səlahiyyətlərinin icrası isə daha bir Qərbpərəst kadra –Armen Qriqoryana həvalə edilib. Bütün bunlar Yerevanda Fransa və ABŞ-ın siyasətinin həyata keçirildiyini göstərir.

Rusiyapərəst şəxsləri önəmli vəzifələrdən kənarlaşdıran Nikol Paşinyan unudur ki, Moskvanın hərbi və maddi dəstəyi olmasaydı, 44 günlük müharibədə Azərbaycan nəinki Xankəndi və Xocalı da daxil olmaqla Qarabağın bütün ərazisini azad etmək ərəfəsində idi, hətta Ermənistanın ərazi bütövlüyü belə, təhlükəyə altına düşə bilərdi.

Digər tərəfdən, Avropa İttifaqı bu günlərdə Ermənistana 2,6 milyard avro maliyyə yardımı ayırdığını bəyan edib. Bu, əhalisi 3 milyondan az olan ölkə üçün çox böyük rəqəmdir. Söhbət az qala, onun dövlət büdcəsinə bərabər məbləğdən gedir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gürcülər də İrandan üz döndərdi – Cənubi Qafqazın qapıları İranın üzünə bağlanır?

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Kovidin müalicəsində həkim və xəstələrin yol verdiyi səhvlər - Antibiotik, Favipiravir...

Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ - Bu əlamətlər varsa...

İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama

Akopcanyan: Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək - Video

İranın yeni kəşfiyyat rəisi Esmail Xatib: Kimdir və ondan nə gözləmək olar...

Rəşid Mahmudovun qardaşı oğlu intihar edib? - Açıqlama, Foto

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

Ən çox oxunanalar