Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin hərbi cinayətləri beynəlxaq məhkəmələrə niyə verilmir? - Azərbaycan bu məsələdə nələr edə bilər?..

Dünən aşkarlanmış və sabiq Ermənistan rəhbərliyinin hərbi cinayətkar olduğunu sübut edən məzar, eyni zamanda Xocalı soyqırımı əsasında Azərbaycan niyə Ter-Pettrosyan, Manukyan, Köçəryan və Sərkisyanın Beynəlxalq Tribunalda mühakimə olunmasını tələb etmir?..

Hüquqşunas: “Tək dünən ortaya çıxan birinci Qarabağ müharibəsi zamanı soydaşlarımızın başına gətirilən faciəni deyil, eyni zamanda Xocalı qətliamı zamanı kütləvi şəkildə insanların qətllərinin videoya çəkilməsi onların beynəlxalq aspektdən cinayət mühakiməsinə tabe tutulmasını zəruri edir”.

“Bununla bağlı Azərbaycan sistemli şəkildə sadəcə beynəlxalq tribunala deyil, həm də Avropa məhkəməsi qarşında qaldırmalıdır”.

Bu sözləri hüquqşunas Ələsgər Məmmədli birinci Qarabağ müharibəsində ermənilər tərəfindən bir-birinə zəncirlənərək diri-diri yandırılan soydaşlarımızın yayılan videolarını PİA.az-a şərh edərkən qeyd edib.

Birinci Qarabağ Müharibəsində ermənilər tərəfindən bir-birinə zəncirlənərək diri-diri yandırıldıqdan sonra toplu şəkildə basdırılan azərbaycanlı uşaq və qadınların cəsədləri tapılıb. Videodan anlaşılır ki, ermənilər mülki şəxsləri, içərisində uşaqlar da olmaqla trosla bir-birlərinə bağlayaraq bastırıblar. Qeyd edək ki, beynəlxalq hüquq sistemində bu tipli cinayətlər ən ağır hərbi cinayətlərdən hesab olunur və beynəlxalq məhkmə praktikasında bu hərbi cinayətləri məhkum edən kifayət qədər prosseslər keçirilib.

Bu görüntülər və Xocalı soyqırımı əsasında Azərbaycan o zaman Ermənistana və Dağlıq Qarabağa rəhbərlik edən Ter-Pettrosyan, Manukyan, Köçəryan və Sərkisyanın beynəlxalq tribunalda mühakimə olunmasını tələb edə bilərmi və bunun üçün rəsmi Bakı hansı hüquqi addımlar atmalıdır?

Soydaşlarımızın başlarına gətirilən faciəninin cavabının verilməsini PİA.az-ın əməkdaşı hüquqşunas Ələsgər Məmmədli ilə müzakirə edib.

Ələsgər Məmmədli: “Bu görüntülərin və qazıntıların indi ortaya çıxması qeyri-insani rəftarın, o cümlədən ermənilərin azərbaycanlılara qarşı soyqırımın və hərbi cinayətlərin əsil sübutlarıdır”.

Beynəlxalq Tribunalda tərəf dövlətlərin mühakiməni qəbul edib-etməməsi məsələsinin olduğunu vurğulayan hüquqşunas PİA.az-a bildirib ki, amma insanlıq suçu aspekti baxımından birmənalı olaraq BMT-nin İnsan Hüquqları Komitəsinə və digər strukturlarına müraciət edərək bu faktın tanınmasını və cinayəti törədənlər haqqında cinayət istintaqının aparılmasını tələb etmək olar:

“Tək dünən ortaya çıxan və Birinci Qarabağ Müharibəsi zamanı soydaşlarımızın başına gətirilən faciəni deyil, eyni zamanda Xocalı qətliamı zamanı kütləvi şəkildə insanların qətllərinin videoya çəkilməsi onların beynəlxalq qanunlarla hərbi cinayətdən mühakiməsinə tabe tutulmasını zəruri edir. Bu görüntülərin və qazıntıların indi ortaya çıxması qeyri-insani rəftarın, o cümlədən ermənilərin azərbaycanlılara qarşı soyqırımın və hərbi cinayətlərin əsil sübutlarıdır.

Bununla bağlı Azərbaycan sistemli şəkildə sadəcə beynəlxalq tribunala deyil, həm də Avropa İnsan Haqları Məhkəməsi qarşında qaldırmalıdır. Qeyd edim ki, müharibə dövründə və müharibəsən sonra Ermənistan tərəfi dəfələrlə əsirlərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib və bu müraciətlərə operativ qaydada baxılıb. Azərbaycan da dünən tapılmış məzarla bağlı təcili qaydada Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidir. Bu təbliğat və informasiya müharibəsi tərəfindən də Azərbaycan üçün çox mühüm və vacib addım olardı.

Ələsgər Məmmədli: “Azərbaycan Ermənistanın sabiq rəhbərlərinin hərbi cinayətləri ilə bağlı faktları bütün dünyanın gözü qarşısına sərməlidir. Bu yolla vəhşilik və insanlığa qarşı cinayət faktlarının tanınmasına və cinayəti törədənlər haqqında istintaqının aparılmasına nail olmaq mümkündür”.

Beynəlxalq Tribunada qaydalar elədir ki, tərəf dövlətlərin mühakiməni qəbul edib-etməməsi məsələsi hər zaman müəyyən əngəllər yaradır. Amma insanlıq cinayəti aspekti baxımından Azərbaycan höküməti əlində olan sübutları birmənalı olaraq BMT-nin İnsan Hüquqları Komitəsinə və digər beynəlxalq hüquq qurumlarına təqdim etməli və 1990-94-cü illərdə Ermənistanın o vaxtkı siyasi və hərbi rəhbərliyinin törətdilkəri qeyri-insani hərbi cinayətlərə görə mühakimə olunmalarını tələb etməlidir. Ən azından Azərbaycan Ermənistanın sabiq rəhbərlərinin hərbi cinayətləri ilə bağlı faktları bütün dünyanın gözü qarşısına sərməlidir. Bu yolla vəhşilik və insanlığa qarşı cinayət faktlarının tanınmasına və cinayəti törədənlər haqqında istintaqının aparılmasına nail olmaq mümkündür. Bir daha qeyd edirəm ki, bununla münaqişənin həllində Azərbaycan öz lehinə çox müsbət rəy də formalaşdıra və ermənilərin uzun illər boyu formalaşdırdığı mifi dağıda bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qətliam


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar