Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin faşist ruhu... - Ruhlarını türk düşmənçiliyi ilə bəsləyən ermənilərlə birgə yaşamaq mümkündür?

Ermənilərin azərbaycanlılara bəslədikləri nifrətin, kin-kudurətin miqyası sonsuzdur və onlar bu nifrətlərini cilovlaya bilmirlər...

Politoloq: “Meşələrin yandırılması, mina basdırılması və evlərin yandırılması onların Azərbaycanfobiyasından irəli gəlir”.

“Bundan sonra da ermənilər bizə qarşı düşmənçilik edəcək. Çünki 200 ildir bu düşmənçilik davam edir və bundan sonra da davam edəcək”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Laçını tərk etməyə hazırlaşan ermənilərin törətdikləri ekoloji terroru PİA.az-a şərh edərkən qeyd edib.

Laçını tərk etməyə hazırlaşan ermənilərin ekoloji terroru davam edir. Dünən və daha əvvəl yayılan görüntülərdə Laçından çıxarılan ermənilərin Azərbaycan ərazisində olan meşələri və mülkləri yandırıb viran qoyması əks olunub. Ən acınacaqlısı budur ki, bunu törədən ermənilər dünyaya car çəkərək öz cinayətlərini başqalarının boynuna atmağa çalışırlar.

Hesab etmək olarmı ki, bu sadəcə ermənilərin azərbaycanlılara bəslədikləri nifrətin, kin-kudurətin göstəricisidir, yoxsa burda başqa məqsədlər də ola bilər? Digər tərəfdən, ancaq nifrətlə bəslənən faşist ruhlu ermənilərin azərbaycanlılarla birgə yaşaması mümkün görünürmü?

Ermənilərin son təxribatlarını PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Məsələ ondadır ki, ermənilər sadəcə məğlub olublar və düşünürlər ki, yenidən dirçələ və Azərbaycan ərazilərini işğal edə bilərlər. Amma bu onların xam xəyalıdır və bu xəyal erməniləri məhvə aparacaq”.

Ermənilərlə birgə yaşayışın mümkün olmadığını düşünən politoloq PİA.az-a bildirib ki, Azərbaycan tam humanist siyasəti ortaya qoyur. Amma ermənilər bunu başa düşmür, ya da başa düşmək istəmirlər:

Ermənistan ilk növbədə 10 noyabr Bəyanatının şərtlərinə uyğun olaraq Azərbaycan ərazisindən tam çıxmalıdır. Xüsusilə hazırda Laçın dəhlizi ilə bağlı məsələnin həllində ermənilərin indi böhran yaratması vəziyyəti kritikləşdirir. Bu kimi böhran da sonda öz əleyhlərinə işləyəcək. Çünki, ikinci Qarabağ müharibəsindən sonra ermənilərin təxribatları öz əleyhinə işləyib, Azərbaycan mövqelərini möhkəmləndirib.

Çox maraqlıdır ki, ermənilər düşünürlər ki, Rusiya sülhməramlılarının olduğu hər yer onlara aiddir. Bu gün Laçında yaşananlara görə birbaşa başda Paşinyan olmaqla Ermənistan höküməti məsuliyyət daşıyır. Çünki əvvəlcədən məlum idi ki, ermənilər Laçın şəhərini və dəhlizin keçdiyi bir neçə kəndi boşaldacaqlar. Niyə bunu 2020-ci ildə etmədilər? Nəyi gözləyirdilər? Gözləyirdilər ki, Rusiya sülhməramlıları o torpaqları onlara bağışlayacaqlar? Bilirsiniz, belə düşüncə sahibi ancaq ermənilər ola bilər. Onlar işğal etdikləri əraziləri geri verməmək üçün hər bir saman çöpündən yapəşərlar, sonra isə “boğulanda” onalrı Azərbaycanın “boğduğunu” car çəkirlər. Axı Üçtərəfli Bəyanatda açıq şəkildə hər şey yazılmışdı və ermənilər Zabuxda bu günə qədər oturub nəyi gözləyirdilər?

Laçın şəhəri və Zabux kəndindən ermənilərin çıxması 25 avqustunda kimi yekunlaşmalıdır. Ermənistan tərəfi isə yenə manipulyasiya ilə məşğuldur. Təxribatçılar Zabuxa gəlir, təxribatlar həyata keçirir. Meşələrin yandırılması, mina basdırılması və evlərin yandırılması onların Azərbaycanfobiyasından irəli gəlir.

Məhəmməd Əsədullazadə: “Ermənilərin ruhuna hopan türk düşmənçiliyi bizim bu xalqla birgə yaşayışımızı mümkünsüz edir. Onlar bizimlə birgə yaşamaq istəmirlər”.

Azərbaycan humanist mövqe ortaya qoydu. 20 gün ermənilərə vaxt verdi. Onlar bundan sui-istifadə edərək ekologiyanı, tarixi abidələri məhv edirlər. Bu, ermənilərin Azərbaycanlılara qarşı faşist siyasətinin nəticəsidir. Bu ermənilərin faşist ruhunun göstəricisidir və bu millət yaratmaq üçün deyil, ancaq dağıtmaq üçün var.

Ona görə də ermənilərlə birgə yaşayış mümkün deyil. Azərbaycan tam humanist siyasət ortaya qoyur. Amma ermənilər bunu başa düşmür, ya da başa düşmək istəmirlər. Buna görə də onlara artıq bu imkan tanınmamalıdır.

Hesab edirəm ki, bundan sonra da ermənilər bizə qarşı düşmənçilik edəcək və bu düşmənçilik duyğuları hansısa sülh sazişi ilə onların ruhundan çıxmayacaq. Bunu da hər bir erməni açıq şəkildə nümayiş etdirir. 200 ildir bu düşmənçilik davam edir və bundan sonra da davam edəcək və ermənilərin ruhuna hopan türk düşmənçiliyi bizim bu xalqla birgə yaşayışımızı mümkünsüz edir. Onlar bizimlə birgə yaşamaq istəmirlər və xalqımıza qarşı ən qəddar mövqe sərgiləyirlər.

Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında dövlətlar arası münasibətlərin formalaşması hamar olmayacaq. Qarabağdakı ermənilər hər fürsətdə baş qaldıracaqlar, müxtəlif uydurma bəhanələrlə beynəlxalq aləmdə haray-həşir salacaqlar. Ona görə də ermənilərlə azərbaycanlıların Qarabağda birgə yaşayış mümkün olmayacağını düşünürəm. Sabah bizim insanlar Xocalıya və digər kənd və qəsəbələrə qayıdandan sonra onlar bizim insanlarımıza yenidən problemlər yaradacaq.

Azərbaycan maksimum çalışır ki, sülh olsun. Amma, ermənilər heç də sülhdə maraqlı deyil. Bunu da nümayiş etdirirlər. Məsələ ondadır ki, ermənilər sadəcə məğlub olublar və düşünürlər ki, yenidən dirçələ və Azərbaycan ərazilərini işğal edə bilərlər. Amma bu onların xam xəyalıdır və bu xəyal erməniləri məhvə aparacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar