Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər sülh və müharibə barədə nə düşünürlər – Rəy sorğusu

Gallup International Association Ermənistanda rəy sorğusu keçirib…

Gallup-un bu gün açıqlanan rəy soröusuna əsasən Ermənistan əhalisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına etibar etmir, lakin ölkənin KTMT-dən çıxmasının tərəfdarları və əleyhdarlarının nisbi pariteti var.

PİA.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Gallup Beynəlxalq Assosiasiyasının Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.

Ermənistanın hansı ölkələrdən hərbi-siyasi yardım ala biləcəyi ilə bağlı suala respondentlərin 37%-i Rusiyanı, 32,5%-i ABŞ-ı, 0,2%-i KTMT-ni, 24,2%-i isə Fransanı göstərib.

Rəy sorğusuna görə, respondentlərin 27,1%-i Ermənistanın KTMT-dən çıxmasını zəruri hesab edib, respondentlərin 16,2%-i “ola bilər” variantını seçib, 19,6%-i isə Ermənistanın bu siyasi-hərbi təşkilatdan çıxmağın əleyhinə olub, daha 19,7%-i “çıxmaya da bilər” variantını seçib.

Ermənistanın inteqrasiya vektorunun hansı istiqamətə yönəlməsi ilə bağlı suala rəyi soruşanların 17,4% Rusiyanı, 15,5% ABŞ-ı, 9% Aİ-ni seçib. 44,6% hesab edir ki, Ermənistan bütün təsir mərkəzləri ilə bərabər münasibətlərdə olmalıdır. Respondentlərin əksəriyyəti, 29,3%-i hesab edir ki, Qərbin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə cəlb edilməsində əsas məqsəd münaqişənin nizamlanmasıdır. 21,4% isə düşünür ki, Qərbin məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır”, deyə Navasardyan bildirib.

Sorğu göstərib ki, iştirakçıların 59,4%-i Azərbaycanın hərəkətlərinin hərbi yolla cavab verilməlidir. 14,1% isə sülh danışıqlarının intensivləşdirilməsini məqsədəuyğun hesab edib. Rəyi soruşanların 10%-i kömək üçün Rusiyaya, 8,8%-i isə Qərbə üz tutmağı təklif edib.

“Bununla yanaşı, respondentlərin 80,4%-i Azərbaycanın tərkibində Qarabağ ermənilərinə milli azlıq statusunun verilməsini qəbuledilməz hesab edir”, deyə Navasardyan əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar