Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Laçını yandırmağa hazırlaşır

Hazırkı məlumata görə işğal zamanı Laçın şəhərində qanunsuz olaraq məskunlaşdırılan erməni əhali şəhəri tərk etməyib.

PİA.az xəbər verir ki, bu sözləri Laçın şəhərindəki erməni icmasının rəhbəri Narek Aleksanyan deyib.

O bildirib ki, xaçkarlar, qəbirlər köçürüləcək, sakinlər isə Ermənistana və yaxud Xankəndiyə getməyə özləri qərar verəcəklər.

Aleksanyan sakinlərin köçmədən öncə evləri yandıracaqları barədə yayılan məlumatdan da danışıb:

“Mən bilmirəm bu necə olacaq, ancaq evlərin yandırılmasının normal olduğunu düşünmürəm. Sakinlərlə bu barədə müzakirə oldu, amma bu, emosiyaya bağlıdır, ona görə də onların belə addım atıb-atmayacağını bilmərəm”, - deyən Aleksanyan dolayısı ilə sakinlərin evləri yandıracağını təsdiqləmiş olub.

Qeyd edək ki, işğal zamanı qanunsuz olaraq Laçında çox az sayda sakin məskunlaşdırılıb. Hazırda Laçın dəhlizinə alternativ yolun təhvil verilməsi ilə Laşın şəhərində müvəqqəti yaşayan ermənilər 25 avqusta qədər şəhəri tərk etməlidir.

Xatırladaq ki, eyni hal Kəlbəcərdə də təkrarlanmışdı. O evlərin heç birini ermənilər tikməyib, onlar yalnız laçın işğal olunduqdan sonra azərbaycanlıların evlərinə yerləşiblər. İndi çıxarkən o evləri yandırmaq erməni əxlaqsızlığından başqa bir şey deyir. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar