Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənilər Kəlbəcərdəki təxribatın cəzasını ağır ödədilər: İki post dağıdıldı, səkkiz hərbçi məhv edildi - Yenilənib

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.

PİA.az Oxu.Az-a istinadən xəbər verir ki, əsgərlərimiz səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib.

Görünən odur ki, son günlər baş verən hadisələr fonunda KTMT-yə müvəqqəti sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə “başını itirib”.

Lakin Azərbaycan Ordusunun sayıqlığı hər zamankı kimi yüksək səviyyədədir və bundan sonra bir əsgərimizin əvəzinə ən az 8-10 erməni hərbçisi məhv ediləcəkdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata cəhd edərkən mütləq bu nüansı göz önünə alsınlar!

***

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Ermənistan silahlı qüvvələrinin bu gün günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Caliber.az Kəlbəcərdəki gərginliyin bəzi detallarını açıqlayıb.

Məlumata görə, atışma zamanı postlar arasında məsafə 50 metr olub və hərbçimiz snayperdən açılan atəşlə həlak olub.

Bundan sonra Azərbaycan Ordusu cavab atəşi açıb. Erməni postu məhv edilib. Düşmənin elə həmin postda 3 nəfərdən 5 nəfərədək itkisi olub. Ermənilər yaralıları tərk edərək qaçıblar.

PİA.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi iki erməni hərbiçisinin öldürüldüyünü, iki hərbiçinin yaralandığınl təsdiq edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Əsgərlik şərəfini yaşamayan Tolikin təhqir etdikləri: MAXE, şəhid, qazi, Əbülfəz Elçibəy...

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib

“Əslində heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil” - Əsətun Oruclu

Rüstəm Aloyan: "Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır"

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

Rusiyada qəhrəmana çevrilmiş azərbaycanlı etdiyi hərəkətdən danışdı - Video

“Haqqında danışdığım rüşvətxor nazirlərin hamısı barədə tədbirlər görülüb” - Hafiz Hacıyev

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb

KOBİA sədrindən süni qiymət artımına qarşı reaksiya - Foto

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

Ən çox oxunanalar