Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər əsir azərbaycanlılara dilə gətirilməsi belə çətin olan işgəncələr verirlər”

“Ermənilər əsir-girov götürdükləri azərbaycanlılara insanlığa sığmayan, dilə gətirilməsi belə çətin olan işgəncələr verirlər”

“Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının üzvü, hərbi prokuror Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, həm Ermənistan silahlı qüvvələri, həm Dağlıq Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar istintaq əməliyyat qrupu tərəfindən cinayət işi üzrə aparılan istintaq nəticəsində aşkar olunub ki, erməni millətçiləri trəfindən Dağlıq Qarabağ və ətraf rayonlarda öz torpaqlarında yaşayan minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə qəddarlıqla döyülüb işgəncə verilməklə qəddarlıqla qətlə yetirilib, qaçıb canlarını qurtarmağa çalışan yüzlərlə soydaşımız güllələnib, evləri talan olunub, yüzlərlə yaşayış məntəqəsi boşaldılıb, milli memarlıq memarlıq inciləri dağıdılıb, yüz minlərlə azərbaycanlı dədə-baba torpaqlarından deportasiya olunub, Dağlıq Qarabağ və əraf raynlarda, habelə Erməistanla həmsərhəd olan bölgələrdə qulluq vəzifələrini yerinə yetirən Azərbaycan Silahl Qüvvələrinin hərbi qulluqçular və mülki əhali əsir və girov götürülərək amansız, qeri-insani rəftara, işgəncələrə məruz qalıb: “Həmin cinayət hadisələrinin hərtərəfli araşdırılması, şübhəli şəxslərin müəyyən edilməsi, sübutların toplanması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi məqsədilə istintaq orqanı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla Dövlət Komissiyası arasında qarşılıqlı işgüzar əlaqələr yaradılıb. Belə ki, cinayət işi üzrə ümumilikdə 1636 şəxs dindirilb, dövlət komissiyasının 23 oktyabr 2018-ci il tarixinə olan məlumatına əsasən bilavsitə əsir düşmüş, girov götürülmüş və sonradan azad edilmiş 1480 nəfərdən 1113-ü, o cümlədən 1057-si zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib”.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar