Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər bu kəndi də tərk edərək boşaldırlar

Azərbaycan-Ermənistan sərhəddinə yaxın ərazidə yerləşən Xoznavar kəndinin sakinləri evlərini tərk edərək, Cermux və yaxın rayonlara yerləşməyə başlayıblar.

Bu barədə Ermənistan mətbuatı yerli sakinlərə istinadən məlumat yayıb.

Məumatda deyilir ki, Xoznovar sakinlərinin evlərini tərk etməsi və ətraf rayonlarda yerləşmələrinin səbəbi kəndin yaxın günlərdə Azərbaycana veriləcəyi ilə bağlı xəbərlərin yayılmasıdır. Belə ki, erməni sakinlərə deyiblər ki, sərhədlərin müəyyən edilməsi prosesi yaxın vaxtlarda başlayacaq və xəritəyə əsasən kənd Azərbaycana verilməlidir.

Bundan başqa, Xozanavar sakinləri Azərbaycan Ordusu kəndin yaxınlığında mövqe qurduqdan sonra problemlə üzləşdiklərini deyiblər. Onlar bildiriblər ki, artıq heyvanlarını otarmaq üçün sahələri yoxdur. Həmçinin su və digər məsələlərdən də əziyyət çəkirlər.

Bəzi məlumatlara görə, sözügedən kəndin əhalisinin artıq yarısı evlərini tərk ediblər. Onların çox Cermux şəhərində qərarlaşıblar. Onlardan biri Vvaro Qriqoryan deyib ki, müharibəyə qədər Laçında yaşayıb. "Oradakı evimi müharibədə itirdim. Sonra Xoznavara daşındım. Artıq ordan da çıxmışam və Cermuxda kirayə qalıram. Artıq ikinci evimi də itirdim. Bizə dedilər ki, yaxın vaxtlarda Xoznavar Azərbaycana veriləcək. Ona görə də, kənddən çıxdıq və bura yerləşdik". (Milli.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar