Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni “xəstəliyi” və ermənilərin hamilərinə xoş görünmək istəyən “sülhpərvərlər”...

Ermənilər öz “xəyalalrı” ilə təkcə özlərini öldürmürlər, bizə də, hətta bir “molodes” üçün “selfi” edənlərə də, ağır qurbanlar verdirirlər...

Azər QARAMANLI
Poliqon İnformasoya Agentliyinin baş redaktoru

Bu ölkədə müharibəni istəyən kimsə varmı? Bu ölkədə, ya da bu ölkədən kənarda?.. Varsa, ona ancaq “şeytan” demək olar...

I Qarabağ savaşını Azərbaycan xalqımı istədi və buna can atdı?.. Azərbaycan xalqı heç II Qarabağ savaşında da müharibə istəmirdi. Ona görə 28 il müddətində “bəlkə də qaytardılar” deyə, ümidini itirmədi.

Amma olmadı. Bizə 1988-ci ildə müharibədən qaçmaq imkanı tanınmadığı kimi, 2020-ci ildə də tanınmadı. Hər iki müharibəni bizə torpaqlarımızda “qonaq” olan ermənilər sırıdı. Öz iradəsi ilə, yoxsa kənar iradənin zoru ilə, fərq etməz. Reallıq odur ki, 30 ildir bizi, yəni bütöv bir xalqı, bu müharibənin əsirinə çeviriblər. Biz 30 ildir ki, bu müharibənin qurbanları olaraq çıxış edirik və 30 ildir ki, müharibədən qaçmağa can atsaq da, ermənilər bizim “qaçışımıza” imkan vermirlər. Və ona görə də mən son hadisələrə görə Azərbaycanı (ya da Azərbaycan hakimiyyətini, fərq etməz) qınayan, hətta çox-çox irəli gedib öz ölkəsinə “təcavüzkar” deyən “sülhpərvərləri” anlamıram. Nəyisə anlamaq üçün məntiq lazımdır və mən “sülhpərvərlərin” məntiqində məntiq belə, görmürəm.

Hər şeydən əvvəl dünən və sırağagün Ermənistanda yaşananlardan çıxış edərək “sülhpərvərlərdən” soruşmaq istəyirəm: Sizin “təcavüzə məruz qaldığını” iddia etdiyiniz erməni xalqı sülh istəyir, yoxsa müharibə?..

Paşinyanın Ermənistanın gələcəyi naminə Azərbaycanla sülh sazişi imzalayacağı ilə bağlı bir-iki kəlmə söyləməsindən sonra Yeravanda və bütün Ermənistanda yaşananlar ortadadır və sizcə bu baş verənlər erməni xalqının sülh istəməsindən xəbər verirmi? Vermir. Çünki erməni xalqı sülh istəmir. Hətta Ermənistan dövləti bu sülhə zərurət və ehtiyac duysa da, erməni xalqı sülh istəmir. Sentyabrın 12-də öz xainliyi səbəbi ilə cəbhədə bir daha darmadağın olan məğlub erməni xalqı sülh istəmir və bu xalq bunu açıqca dilə gətirir. Bəs bu məğlub, resurslara sahib olmayan və gücsüz xalq nə istəyir?

Onların məntiqinə görə rus, amerikalı, fransalı, hətta iranlılar (İranda yaşayan soydaşlıarımız da daxil olmaqla) ermənilər üçün vuruşmalı, ermənilər üçün ölməli və sonda qələbəni ermənilərə verməlidirlər. Onlar isə bundan sonra çox böyük ləzzətlə türk qanı içməli və qalibiyyətdən sərxoş olmalıdırlar. Şəhərləri dağıtmalı, kəndləri viran qoymalı, uşağlı-böyüklü, qadınlı-kişili mülki insanları işgəncə ilə öldürüb bu həzzin “transını” yaşamalıdırlar. Milyonlarla insan didərgin düşməli, yüz minlərlə kvadrat kilometr ərazilər səhraya çevrilməlidir. Çünki onların sərsəmləmələrinə görə, ermənilər Tanrının yaratdığı ilk millətdir və hər bir xalq bu “qədim” milləti qorumağa, onlar üçün ölməyə borcludur.

Bu xalqın üst və alt şüurunda olanlar budur və bu xalqı normal və sağlam olaraq qəbul edənlər mənə görə normal və sağlam deyil.

Bütün dünyada vur-tut 8-9 milyon olan bu xalq Kiçik Asiyanın yarısını və Cənubi Qafqzda Kürün sahilinə qədər və hətta Xəzər dənizinə və Qara dənizə qədər olan coğrafiyanı özü üçün istəyir. Və bu xalq bir dəfə də olsun özünə sual vermir ki, Şərqi Anadoludan Xəzər dənizinə qədər olan və 50 milyondan artıq insanın yaşadığı bir coğrafiyanı necə, hansı resurslarla idarə edəcək? 30 il ərzində bap-balaca Laçın rayonunu belə məskunlaşdıra bilməyən bu xalqın belə bir sualı özünə verməməsi qərib deyilmi? Və hansı resurslara əsaslanaraq bu xalq imperiya xəyalları ilə yaşayır?

İdarə etmək imkanı yüzdəyüz sıfır olan, 50 milyondan artıq insanın yaşadığı bu coğrafiyanı erməni xalıq niyə istəyir? Bu yaşıl və bərəkətli coğrafiyanı səhrəya çevirmək üçünmü? Yoxsa ermənilər hesab edirlər ki, bu coğrafiyada yaşayan yerli sakinlər bir neçə milyon qaniçən erməninin idarəsi altında yaşamağa razı olacaqlar? Gülüncdür...

Bu faktın özü erməni xalqının xəstə olmasından xəbər vermirmi? Bu məntiqlə yaşayan və bu ideya uğrunda istənilən qlobal gücün altına “girib çıxan” erməninin sülhpərvər olduğunu düşünmək və buna inanmaq sadəlövhlüyün çox-çox o tərəfində yaşamaq deyilmi? O zaman bizim “sülhpərvərlər” özlərini aldatmırlarmı? Həm də bilərəkdən, şüurlu şəkildə...

Bilərəkdən deyirəm, çünki mənə görə, sentyabrın 12-dən14-nə qədər yaşananlara görə Azərbaycanı ittiham edən bizim “sülhpərvərlər” bununla sadəcə ermənilərin hamilərinin diqqətini öz üzərlərinə çəkmək istəyirlər. Yəni bütün bu hoqqabazlıqlar nə azərbaycan xalıq üçün, nə də erməni xalqı üşün deyil, sadəcə bir “molodes” üçündür. Və açığı bu “molodes” üçün sıraya girənlərə demək istəyirəm ki, halal xoşları olsun o “molodeslər”, doya-doya istifadə edin, gülə-gülə götürün və gedin...

Ancaq onu da dərk edin ki, bizim sülhpərvər olmağımızla sülh olmur. Qarşı tərəfində sülhü istəməsi gərəkir. Bu istəmənin ən əsas tərəfi isə ermənilərin sülhü necə istəməsidir. Ona görə də erməni xalqının sülhü necə istəməsinə baxmaları zəruridir. Ermənilərin sülh anlayışı bizim onlara təslim olmamızdan, onlara qul olmağımızdan ibarətdir. Onların sülh anlayışında normal ünsiyyət çərşivəsində insancasına yaşamaq deyil, sadəcə bizim yox olmamağımız var. Ona görə də bizim sülhpərvər olmağımız heç nəyi dəyişmir, sadəcə, bizi onların qarşısında zəif və müdafiəsiz hala gətirir.

Qeyd edim ki, 200 ildir davam edən bu müharibəni bizə qarşı hansısa Ermənistan dövləti aparmır. Bizə qarşı müharibəni aparan və bizi bu müharibədən qaçmaq imkanı verməyən erməni xalqıdır. Son 30 ildə də bu belə olub.Xalqların savaşı isə dövlətlərin və hökmdarların savaşından fərqli olur. Xalqların savaşının kökləri dərin olduğu üçün müharibəni bitirmək də asan olmur və belə müharibələr adətən əsrlərlə davam edir.

Yəni biz Ermənistan adlı bir dövlətlə savaşmırıq, erməni xalqı ilə savaşırıq və bu savaşın bitməsi üçün erməni xalqının sülh istəməsinə ehtiyac var. Lakin hazırda İrəvanda baş verənlər onu deməyə əsas verir ki, xaos içində qıvrılan erməni xalqı sülh istəmir. Erməni xalqı müharibənin davam etməsini istəyir və bunun üçün hazırda nəfəsini dərməyə belə, ehtiyac duymur.

Erməni xalqı olmayan tarix uydurur, buna inanır, olmayan imperiyalar uydurur, buna inanır və bu olmayanların “bərpası” uğruna savaşır. Öz xəyal dünyasında yaşayan bu xalq sülhü də ancaq öz xəyalalrının çərçivəsində görür və bundan da çıxış edir.

Bu zaman bizim sülhpərvər olmağımız erməniləri ağır mərəzdən qurtara bilirmi? Bilmir və bizim sülhpərvərliyimiz bu xalqın “xəstəliyini” daha da dərinləşdirir.

Bəs ermənilər özləri-ölərini müalicə edə bilərmi? Bilməz, çünki bu “xəstəlik” erməni xalqının bütün orqnizminə sirayət edib və bizim müalicə üçün ağır “əməliyyatlara” baş vurmağımız qaçılmazdır. Bunun üçünsə biz qurbanlar veririk. Elə bu son günlərdə 71 qurban verdik ki, açığı bu qurban çoxlarına ağır gəldi. Çünki doğrudan ağır qurban idi... Verdiyimiz qurbanların sayının isə fərqi yoxdur. Çünki qurban verdiyimiz heç bir canı geri qaytara bilmərik və itirilən o canların hər biri bir Azərbaycandır. Hər bir itkimiz Azərbaycan boydadır və biz bu itkiləri xəstə bir millətin uydurduğu “xəyallra” görə veririk.

Sülhpərvərlər bir də məsələyə bu tərəfdən baxsınlar. Çünki bizim hər birimiz, şəhid olanlarımız da, qazilərimiz də, həyatın ağır şərtlərində yaşamlarını sürdürən hər bir fərdimiz də, ermənilərin “xəyalının” qurbanlarıyıq. Ermənilər öz “xəyalalrı” ilə təkcə özlərini öldürmürlər, bizə də, hətta bir “molodes” üçün “selfi” edənlərə də ağır qurbanlar verdirirlər...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar