Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Erməni ekspert: Bəyanatda Zəngəzur dəhlizi var - Video

Üçtərəfli bəyanatı ilk gün oxuyanda bir şey gözümə sataşdı, hansı ki, orada Rusiyanın 5 illik nəzarəti altında polifunksional yolun çəkilməsi və açılmasından bəhs edilirdi.

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Emma Beqidcanyan deyib.

"Türkiyə və Azərbaycan bunun dəhliz olduğunu bəyan edirlər. Əgər bu, Mqer Qriqoryanın (baş nazirin müavini) dediyi kimi Ermənistandan Azərbaycan vasitəsilə Rusiyaya gedən yoldursa, o zaman belə çıxır ki, Rusiya maşın və qatarların təhlükəsizliyini həm də Azərbaycan ərazisində təmin etməlidir. Amma əgər sən dəhliz verirsənsə, demək ki, öz ərazini başqasının nəzarətinə verirsən. Yeganə qəbul olunan variant yolun Ermənistanın yurisdiksiyasında və nəzarətində olmasıdır. Bax bu, yol deməkdir, amma bəyanatda yazılan yol deyil.

İran bu dəhlizdən narahatdır və onlar bizdən çox bilirlər. Onlar dəfələrlə bəyan ediblər ki, bu, onlar üçün qırmızı xəttdir, amma İranın özü belə bu istiqamətdə ciddi addımlar atmaq vəziyyətində deyil. İndiki situasiyada edə biləcəyimiz yeganə şey bizim nəzarətimizdə tranzit yoluna yükləri yoxlamaq haqqı ilə izn vermək ola bilər", - deyə o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Ən çox oxunanalar