Cümə axşamı, 17 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ərəstun Oruclu: “Son insidentdə Azərbaycan Rusiyanın, Ermənistan isə Qərbin tərəfdaşı kimi göründü” - Müsahibə

Ermənistanın Qərbə doğru geosiyasi seçimi nə qədər doğrudur və iki stulda oturmağa çalışan Yeravanın geosiyasi manevrləri uğurlu ola bilərmi?..

“Bir çoxları və o cümlədən Qərbdə də belə düşünürlər ki, Azərbaycan bu insidentdə Rusiyanın sifarişini yerinə yetirir”.

“Sərhəd insidentində təbii səbəblərlə yanaşı, suni və yaxud hansısa məqsədli addımlar da var. Çox güman ki, Azərbaycanın bu addımları atmasına qismən Rusiya tərəfindən təhrik edilib”.

Xəbər verdiyimiz kimi mayın 12-də Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan silahlı qüvvələrinin Qaragöl ərazisində dövlət sərhədini keçərək 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olması barədə bəyanatı .

Azərbaycan ordusunun Ermənistanın Sünik ərazisinin 3.5 kilometrlik hissəsinə girməsilə bağlı məlumatlardan sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi ki, hava şəraitinin yaxşılaşması ilə bağlı Azərbaycan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərinə yerləşdirilir.

İnsidentlə ilə bağlı ən ifrat birtərəfli mövqeyi Fransa prezidenti Emmanuel Makron nümayiş etdirdi. Makron sosial şəbəkədə erməni dilində mətn yayaraq Azərbaycanın Ermənistan ərazilərinə girdiyini bildirərək, rəsmi Bakıda qoşunların Ermənistan ərazisiindən çıxarmağı tələb etdi. Həmçinin Makron Paşinyana zəng edərək, insidenti BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağı, BMT-dən alacağı mandatla Ermənistana hərbi kömək göstərməyə hazır olduğunu bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Philip Reekerlə AzərbaycanErmənistan sərhədində baş verən gərginlik və bölgədəki mövcud vəziyyəti müzakirə etdi.

Azərbaycan XİN-in məlumatında deyilirdi ki, müzakirə zamanı “bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi” vurğulanıb.

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan da cümə axşamı günü Ermənistan-Azərbaycan sərhədində baş verənlər barədə danışıblar.

Kreml Nikol Paşinyanın “ortaya çıxan bütün problemlərin müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll olunması üçün konstruktiv dialoq və qarşılıqlı əlaqəni” dəstəklədiyini qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurası isə Zəngəzur bölgəsindəki insidentlə bağlı ik dəfə iclas keçirdi. Daha sonra Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq kömək istədi. Ermənistan həmçinin öz sərhədlərinin müdafiəsi üçün KTMT-yə rəsmi müraciət etdi. Bu müraciətə isə bir neçə gün müddətində baxılacaq.

ABŞ-ın Dövlət Departamenti də Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı bəyanat yayıb. Bəyanatda insidentə səbəb olan ərazi “mübahisəli ərazi” adlandırılıb və Azərbaycandan gərginliyi artırmamaq üçün geri çəkilmək tələb olunub.

Dünən sərhəd insidenti ilə bağlı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz oldu. Danışıqlar bu gün 14.00-da davam etdiriləcək.

Dünən isə Ermənistan Müdafiə Nazirliyi bəyan etdi ki, Azərbayca qüvvələri Vardenis və Sisyan istiqamətlərində də irəli gəlməyə cəhd göstərib və sonradan geri çəkilib.

Son sərhəd insidenti və onun səbəbləri ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müsahibə edib.

Ərəstun Oruclu: “Azərbaycan Minsk qrupunun üzvü olan Rusiya ilə tək işləməklə özünü digər iki həmsədrdən təcrid edir”.

PİA.az hazırda ABŞ-da yaşayan, siyasi şərhçi Ərəstun Oruclu ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır :

- Ərəstun bəy, hələ də davam edən Qara göl sərhəd insidentində ATƏT-in Minsk qrupunun digər həmsdərləri olan ABŞ və Fransa Rusiyadan fərqli mövqe nümayiş etdirərək Azərbaycandan silahlı hissəini dərhal geri çəkməyi tələb etdilər. Ermənistanın rəsmi hərbi müttəfiqi olmasına baxmayaraq, Rusiya isə hələ də gözləmə mövqeyindədir. Rusiyanın bu mövqeyini, həmçinin ABŞ və Fransanın radikal, eyni zamanda tələsik bəyanatlarını necə dəyərləndirərdiz? Demək olarmı ki, artıq Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurması açıq müstəviyə keçib?

- Hesab edirəm ki, sərhəd insidentində təbii səbəblərlə yanaşı, suni və yaxud hansısa məqsədli addımlar da var. Çox güman ki, Azərbaycanın bu addımları atmasına qismən Rusiya tərəfindən təhrik edilib. Bu da Ermənistanda qarşıdan gələn seçkilərlə bağlı ola bilər.

Biz gördük ki, Azərbaycanın bu addımı atmasına Qərbdən çox kəskin reaksiya gəldi. İlk növbədə Fransa bu məsələyə reaksiya verdi. Bu da aydındır. Çünki Fransanın mövqeyində Ermənistana üstünlük vermələri birmənalıdır. Amma ABŞ-da kifayət qədər açıq münasibət sərgiləyərək Azərbaycanı sərhəd qoşun hissələrini geri çəkməyə çağırdı. Düşünürəm ki, bu Azərbaycan üçün arzuolunmaz situasiya idi.

Ərəstun Oruclu: “Prezident İlham Əliyevin dəfələrlə Minsk qrupunun bizim üçün bitdiyini deməsinə baxmayaraq, düşünürəm ki, bu format öz işini davam etdirəcək”.

Unutmayaq ki, bu iki ölkənin ikisi də Minsk qrupunun həmsədr ölkələridir. Azərbaycan isə Minsk qrupunun digər üzvü olan Rusiya ilə tək işləməklə özünü digər iki həmsədrdən təcrid edir. Bildiyimiz kimi status məsələsi getdikcə yenidən aktuallaşır. Həm də prezident İlham Əliyevin dəfələrlə Minsk qrupunun bizim üçün bitdiyini deməsinə baxmayaraq, düşünürəm ki, bu format öz işini davam etdirəcək. Səbəb isə bunu təkcə həmsədr ölkələrinin istəməsi deyil. Azərbaycanın bu məsələdə tək qalmaması üçün bizə həmsədr ölkələrinin Azərbaycan-Ermənistan münaqişəsinin həllində mütləq iştirakı və onlarla hansısa formada əməkdaşlığı vacibdir.

- Ermənistandan verilən mesajlarda da açıq hiss olunmaqdadır ki, onlar Qərbdən gələn dəstəkdən çox məmnundurlar. Lakin Rusiyadan çəkinirlər. Ermənistanın Qərbə meyli Rusiya tərəfindən də açıq görülür. Sizcə Ermənistanın Qərbə doğru geosiyasi seçimi nə qədər doğrudur və iki stulda oturmağa çalışan Yeravanın geosiyasi manevrləri uğurlu ola bilərmi?

- Son insidentdə Azərbaycan bir növ Rusiyanın tərəfdaşı, Ermənistan isə Qərbin tərəfdaşı kimi göründü. Düşünürəm ki, Azərbaycanın xarici siyasəti üçün bu əlverişli format deyil. Birincisi ona görə ki, bu Azərbaycanı tam olaraq Rusiyadan asılı vəziyyətə salır. İkincisi bu Azərbaycan Rusiyadan heç də zəif olmayan Qərblə qarşı-qarşıya qoyur. Üçüncüsü isə Azərbaycanın öz xarici siyasətini şaxələndirməsinə maneə yaradır. Bu səbəblərə görə düşünürəm ki, bu yalnış və tələsik addım idi.

Başqa səbəb isə Ermənistanda olan daxili-siyasi vəziyyətdir. Bir çoxları və o cümlədən Qərbdə də belə düşünürlər ki, Azərbaycan bu insidentdə Rusiyanın sifarişini yerinə yetirir. Çünki Rusiya bu yolla Paşinyana problem yaratmaq istəyir. Bildiyimiz kimi Paşinyan daha çox Qərbdən dəstəklənir. Rusiya da bilir ki, Paşinyan növbəti dəfə baş nazir seçilərsə, çox güman o, Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılması istiqamətində addımlar atacaq. Buna görə də seçki öncəsi Azərbaycan bir növ Rusiyanın vasitəçiliyi ilə bu və ya digər addımlara təhrik olunur. Mən deyə bilərəm ki, bu dəqiq belədir. Amma hər halda Qərbdə olan yanaşma budur. Bu da dediyim kimi Azərbaycanı təcrid və Rusiyadan daha çox asılı vəziyyətə salır.

Ərəstun Oruclu: “Azərbaycan üçün hər mənada əlverişli variant Paşinyandır. Çünki Paşinyan Rusiyanın onu 44 günlük müharibədə tək buraxması unutmur”.

Gəlin təsəvvür edək ki, Azərbaycanın səyləri nəticəsində həqiqətən Paşinyan seçkiləri uduzdu və Robert Köçəryan hakimiyyətə gəldi. Bu Azərbaycana nə verəcək? Bildiyimiz kimi Köçəryan birmənalı olaraq Kremlin adamıdır. Onun hakimiyyətə gələcəyi təqdirdə təbii ki, Moskva onu müəyyən uğurlarla təmin etməli olacaq. Bu uğurlar da Azərbaycanın itkiləri hesabına ola bilər. Buna görə də Azərbaycan əksinə olaraq çalışmalıdır ki, Köçəryan heç bir halda hakimiyyətə qayıtmasın. Azərbaycan üçün hər mənada əlverişli variant Paşinyandır. Çünki Paşinyan Rusiyanın onu 44 günlük müharibədə tək buraxması unutmur. Digər tərəfdən isə dediyim kimi Paşinyan Qərb tərəfindən dəstəklənən siyasətçidir. Baş nazir seçiləndən və mövqelərini möhkəmlədəndən sonra Paşinyan birmənalı olaraq Rusiyaya qarşı fəaliyyətə keçəcək.

Biz də lazımdır ki, Rusiya bizim torpaqlarımızdan çıxsın və Rusiya Cənubi Qafqazdan kənarlaşsın. Bunu Paşinyan edəcəksə, çox yaxşı, qoy etsin. Həmçinin də Paşinyan həm Azərbaycan, həm də Türkiyə ilə əməkdaşlığa hazırdır. Robert Köçəryan isə revanşistdir və o açıq-aşkar növbəti müharibə anonsları verir. Belə bir şəxsin hakimiyyətə gəlməsi və Rusiya tərəfindən dəstəklənən şəxs olması Azərbaycan perespektiv, həmçinin bu günkü maraqlarına heç bir halda cavab vermir. Buna görə də hesab edirəm ki, bu məsələdə müəyyən siyasi maraq var idi. Azərbaycan da bu marağa görə yalnış addımlar atdı.

- Sizcə indi Cənubi Qafqazda başlayan geosiyasi savaşın nəticələri, ya da təsirləri Dağlıq Qarabağda yenidən status-kvonun dəyişməsinə səbəb ola bilərmi?

- Status-kvonun dəyişməsi real deyil. Çünki kimsə Dağlıq Qarabağdakı erməni icmasının müstəqilliyini tanıyası, kimsə onların qondarma statusunu da tərəf kimi qəbul edəsi deyil. Bu məlum məsələdir. Danışıqlar istənilən halda AzərbaycanErmənistan formatında aparılacaq.

Ərəstun Oruclu: “Baş nazir seçiləndən və mövqelərini möhkəmlədəndən sonra Paşinyan birmənalı olaraq Rusiyaya qarşı fəaliyyətə keçəcək”.

Bildiyimiz kimi ABŞ-ın bölgədə maraqları var və bu maraqları Azərbaycanın köməkliyi, əməkdaşlığı ilə reallaşdırmaq istəyir. Unutmayaq ki, bu gün ABŞ administrasiyasında müəyyən ermənipərəst güclər də var. Bu baxımdan biz çox ehtiyyatla davranmalıyıq. Həmçinin biz bu gün unutmamalıyıq ki, Qəzza bölgəsində Həmas və İsrail arasındakı qarşıdurmada Bayden administrasiyası özündən əvvəlki Tramp administrasiyası ilə müqayisədə xeyli dərəcədə tərəfsiz mövqe nümayiş etdirir. Bu da faktiki olaraq İsraili çətin vəziyyətə salır.

İsrail kimi ABŞ-da ciddi lobbisi olan ölkəyə qarşı Bayden administrasiyası bu siyasəti yürüdürsə, Azərbaycana qarşı daha sərt siyasət yürüdə bilər. Bizə isə bu lazım deyil.

Redaksiyadan: Qeyd edək ki, Ermənistan tərəfinin haray-həşir salmasına baxmayaraq Qara göl ərazisi Azərbaycan SSR-in ərazisi olub. Bu göl də təbii deyil, süni göldür və 1987-ci ildə Azərbaycan tərəfindən inşa edilib.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

DSX: Laçında iki hərbi qulluqçumuz vəfat edib - Yenilənib, Foto, Video

Bayden Putinə günəş eynəyi, Putin isə ona "xoxloma" hədiyyə edib

Van Damm azərbaycanlı gəlini ilə belə rəqs etdi - Video

Əliyevlərdən Ərdoğanlara hədiyyə - Fotolar, Video

Vandamın oğlu azərbaycanlı qızlaevləndi - Foto

Bakıda çimərlikdə kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb

Həbs edilən gömrükçünün general Kənan Məmmədovla yazışması çıxarılıb – İstintaq…

AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - Yenilənib

Azərbaycanı narahat edən məsələlər Rusiya Şurasında gündəmə gətirildi

Ən çox oxunanalar