Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəblər bahalı mənəvi qələbələrindən niyə doymurlar?

Aydındır ki, fələstinlilərin qələbəsi Həmas raketlərinin gücü ilə deyil, Qərbdə, xüsusən də ABŞ-da və hətta yəhudilər arasında İsrailə olan simpatiyanın ciddi şəkildə azalması ilə əlaqədardır..

İyad Ebu Şakra
“Şarkul Avsat” qəzeti, 23 may 2021- ci il

İsrailin Qəzza zolağını 11 gün bombalaması, Həmas və İslami Cihadın İsrailə ardıcıl atəş açması başa çatdıqdan sonra beynəlxalq mediada həm İsrail baş naziri Bünyamin Netanyahunun, həm də Həmas rəhbərliyinin qələbə elan etməsi önə çıxmağa başlayıb. Həmas lideri İsmayıl Həniyyənin Qəzzadakı qələbəyə töhfə verən İslam Mübarizəsinə verdiyi dəstəyə görə İrana təşəkkür etməsi də olduqca diqqət çəkib. Ancaq ciddi beynəlxalq xəbərləri oxuyanlar başqa bir şeyi də görə bilərlər.

İsrail döyüş maşını Qəzzaya böyük ziyan vurduğu üçün Qəzza xalqından yüzlərlə fələstinlinin şəhid olduğu və yaralandığı şübhəsizdir. Üstəlik, “Dəmir Gümbəz” işğal altındakı bölgələri hədəf alan raketlərin çoxunun qarşısını almağa müvəffəq oldu. Bununla birlikdə, müharibələr yalnız silahların effektivliyini yoxlamaq və sahədəki üstünlüyünü göstərmək üçün deyil, həm də bölgədəki həqiqətləri dəyişdirməyi və yeni siyasi, coğrafi və demoqrafik xəritələr tətbiq etməyi hədəfləyir. Beləliklə, üstün İsrail texnologiyası Həmas raketlərinin 90%-ni müvəffəqiyyətlə bloklasa da, 10%-i yaşayış və sənaye sahələrinə çatmaq, əlçatmazlığı pozmaq, şübhə və narahatlıq yaratmaq üçün kifayət edir.

Digər tərəfdən, bir vaxtlar İsraili dövlət adamları idarə edərkən, faşist Likud dövründən əvvəl onlardan biri: “Biz ərəblərə qarşı hərbi məğlubiyyətdən qorxmuruq, çünki onları hər müharibədə məğlub edə bilərik. Ancaq qazanmalı olduğumuz yeganə müharibəni, yəni sülhü qazanmasaq, bunun heç bir mənası olmaz”, demişdi.

Bəlkə də, sonuncu nümayəndəsi Yossi Beilin olan bu siyasətçilərin dövrü artıq bitib. Bunun əvəzinə isə korrupsiya ittihamları altında həbsxana qorxusu ilə müharibəyə sığınan, din adı altında hücumlar təşkil edən, öldürən və talan edən radikal köçkünlərlə birləşən siyasətçilər hakimiyyətə gəldilər.

Netanyahunun əleyhinə olan keçmiş müdafiə naziri general Benni Qantz belə atəşkəsdən sonra ilk açıqlamasında Qəzzadakı siyasi həll və yenidən qurulmanın vacibliyini vurğulayıb. Xarici işlər naziri və keçmiş general Qabi Aşkenazi də buna bənzər bir münasibət bildirib. Burada ən diqqət çəkən məqam günahsız insanların canına məhəl qoymayan peşəkar təhrikçilərdən fərqli olaraq, qan vergisini ödəyən generalların dinc həyata çatmağın zəruriliyinə daha çox inanmalarıdır.

Şübhəsiz ki, Likud ilə əməkdaşlıq edərək Şeyx Cerrah məhəlləsində partlayışa səbəb olan faşist, Tövratçı, radikal sağçılarının yüksəlişi bir reallıqdır. İndi isə fələstinlilərin raket tutumuna qarşı mübarizə bəhanəsi ilə, bəlkə, daha da vəhşiləşəcək. Beləliklə, İsrail rəhbərliyi (siyasi və hərbi qanadları ilə) onları çəkindirməkdə tərəddüd etməyə davam etdikcə, Cəlil (Hayfa, Əqqa və Nazaret ətrafı da daxil olmaqla) ilə yanaşı, cənubdakı Yaffa, Lod və Ramle şəhərlərindəki gərginliklərlə təzahür edən yeni bir təhlükə ortaya çıxır. Bu təhlükə radikalların köçürülmə və ya kollektiv qovulmanı asanlaşdıran həmlələr edəcəyi və problem yaradacağı mənasına gələ bilər. Aydındır ki, fələstinlilərin qələbəsi Həmas raketlərinin gücü ilə deyil, Qərbdə, xüsusən də ABŞ-da və hətta yəhudilər arasında İsrailə olan simpatiyanın ciddi şəkildə azalması ilə əlaqədardır. Qəzzadakı son müharibə beynəlxalq mətbuatda göründüyü kimi, Amerika cəmiyyətində İsrail ilə xüsusi münasibətləri qəbul etmək üçün ən geniş mövqeni ortaya qoydu. Demokratlar Partiyasındakı mütərəqqi cərəyanın yüksəlməsi, həqiqətən də Co Bayden adminstrasiyasının İran xəyalları və Çin-Rusiya narahatlığının ortasında Fələstin-İsrail məsələsinə qarşı olan mövqeyi üzərində bir təzyiq yaratdı.

Burada vacib bir detalı da xatırlatmaq lazımdır. Senatorlar Berni Sanders, Elizabet Uorren və Nümayəndələr Palatasının üzvü Aleksandria Okazio-Cortez də daxil olmaqla, mütərəqqi cərəyan sıralarında İsrailin təcavüzündən narazı olanların ciddi bir hissəsi İranla nüvə anlaşmasını dəstəkləyir. Nəticə etibarilə, bu qruplar dinc insanlara qarşı şiddəti rədd etsələr və İsrailin radikal sağçı siyasətinə nifrət etsələr də, Tehranın regional ambisiyaları ilə qarşılaşmaqdan imtina edirlər. Bu da o deməkdir ki, onların Yaxın Şərqin gələcəyinə baxışları hələ də qarışıq və ziddiyyətlidir.

İsrailin xilası və qonşuları üzərindəki hərbi üstünlüyü yaxın gələcəkdə həm Demokrat, həm də Respublikaçı amerikalılar üçün mübahisə edilməyən bir məsələ olacaq. Bununla yanaşı, başqa iki mübahisəsiz məsələ var: birincisi, Vaşinqtondakı Demokratların ərəbləri İranın yayılmasına qarşı müdafiə etmək üçün mübarizə aparmaq istəməmələridir. İkincisi isə İsrail və İran arasındakı qarşıdurmanın həddini çox yaxşı bilirlər ki, bu da bir həyat mübarizəsi deyil, daha çox sərhəd çəkişməsidir. Başqa sözlə, bölgədə hər iki tərəfin nüfuz üçün bölüşəcəyi çox sahə var.

Buna əlavə olaraq, iranlılar və israillilərin bütün mübarizə şüarlarına baxmayaraq, aralarında uzlaşmaq üçün bir vəziyyət meydana gəldi. Çünki ərəb bölgəsində zəif tərəf məğlub olarkən, həm də onun şərəfini qoruyan və Henri Kissincerin fəlsəfi hala gətirdiyi mənəvi zəfərlərdən ibarət bir tarix var. Əslində, real məğlubiyyətlərin çoxunu mənəvi zəfərlər olaraq xarakterizə etməyə öyrəşmişik. Səbəbi də məcburi güzəştləri asanlıqla qəbul etmək və hesablaşmaqdan qaçmaqdır.

Livan 2006-cı ildə İsrailə qarşı ilahi bir zəfər qazandı, lakin nəticələri belə oldu: ölkənin strukturu məhv edildi, mühafizəkar Hizbullah 2008-ci ildə İsrailə hücum etməkdən əl çəkdi və silahını Livana çevirdi. Ardınca da siyasət, təhlükəsizlik və iqtisadi qurumlar üzərindəki gücünü tamamilə gücləndirdikdən sonra 2011-ci ildə Suriyaya yönəldi. Suriyada da xroniki strateji zəfər 1967 və 1973-cü ildəki ərazi itkisinə, 2011-dən bəri axan qan gölünə, milyonlarla köçkünün meydana gəlməsinə səbəb olsa da, bu durum sonda rejimin qorunması ilə konkretləşdi.

İraqda Nuri Maliki, Hadı Əmiri, Qeys əl-Xəzəli və qrupları İŞİD-in hissələrinə qarşı qurtuluş zəfəri qazanarkən, İran milisləri Bağdadda praktiki gücə sahib oldular. 2007-ci ildən bəri iki vəziyyət arasında qalan Fələstin üzərində yüksələn ən dəhşətli zəfərlərə şahid olduq. Bunlardan birincisi, beynəlxalq sahədə tanınan, amma İsrail tərəfindən qanuni bir avtokratiya olmasına mane olunan İordaniyanın qərbindəki vəziyyətdir. İkincisi isə Təl-əviv ilə Tehran arasında İran tərəfindən dəstəklənən Qəzza zolağındakı vəziyyətdir. Bu zəfərlər gördüyünüz kimi, olduqca dəhşətli və bahalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar