Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəbdilli mətbuatda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc edilib

İordaniyanın “Nayruz”, İraqın “Əfkarhür”, Misirin “Mədəniyyət xəbərləri” və Fələstinin “Əl Bayadər” portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Turan Rzayevin “Zəngəzur dəhlizi və ərəb ölkələri üçün yeni fürsətlər” sərlövhəli məqaləsi yayımlanıb.

Məqalədə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallığın region ölkələri ilə yanaşı, həm də Yaxın Şərqin ərəb ölkələri üçün də yaratdığı imkanlardan bəhs olunur. Yazıda diqqətə çatdırılır ki, ötən ay Soçidə keçirilən Azərbaycan, RusiyaErmənistan liderlərinin görüşündə, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında kommunikasiyaların bərpası və nəqliyyat dəhlizlərinin açılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin bütün ölkələrin iqtisadi tərəqqisi üçün mühüm olduğunu bəyan edib.

Müəlliflər qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Yaxın Şərqin ərəb ölkələri üçün də faydalı ola bilər. Belə ki, son illər Avrasiya məkanında mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan Avropa və Çin arasında nəqliyyat əlaqələri baxımından həmin ölkələr üçün yeni marşrut olacaq. İri neft və qaz tədarükçüsü olan ərəb ölkələri, eyni zamanda, karbohidrogen ehtiyatlarını quru kəmərləri vasitəsilə dünya bazarlarına çatdıra bilər. Azərbaycanın Avropaya uzanan və gələcəkdə Mərkəzi Asiyanı da daha sıx birləşdirəcək enerji infrastrukturu buna imkan verir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar