Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb dünyası Holokostu tanımağa başlayır... – Hesabat

Bu il bir sıra ərəb ölkələrində antisemitizm tarixinin və nasistlərin cinayətlərinin tanınmasının artması ilə həvəsləndirici tendensiya müşahidə olunub…

PİA.az xəbər verir ki, bu barədə The Yerusalem Post qəzetinin mövzuya həsr etdiyi məqaləsində bildirilir.

Məqalədə qeyd edilir ki, dünyada antisemitizmlə bağlı yeni hesabatda yəhudi irsinin yenidən işlənməsi ilə yanaşı, Holokostu tanıyan ərəb ölkələrinin artdığı da vurğulanıb.

Hesabata görə, bu il bir sıra ərəb ölkələrində antisemitizm tarixinin və nasistlərin cinayətlərinin tanınmasının artması ilə ümidverici tendensiya müşahidə olunub. Məsələn, 2022-ci ilin yanvarında Misir BMT Baş Assambleyasının Holokostun inkarını pisləyən qətnamə qəbul edən sessiyasında iştirak edib.

Misirin BMT-dəki səfiri qətnamə ilə bağlı ərəb konsensusunu çatdırıb.
"Bu müsbət tendensiya yəhudi tarixi ilə bağlı ərəb diskursunda əhəmiyyətli dönüşü əks etdirir", deyə hesabatda qeyd edilir:

“Bu, Səudiyyə Ərəbistanı, Misir və Mərakeş də daxil olmaqla, bir sıra ərəb ölkələrində yəhudi irsinin qorunub saxlanmasını təşviq edən bir sıra yeni təşəbbüslərdə, bəzilərində isə ədəbi sahədə nümayiş etdirilib.” Bu layihələr hesabatda geniş təsvir edilib.

Yəhudi tarixi ilə bağlı ərəb diskursunu dəyişdirmək təşəbbüsü
2023-cü il Beynəlxalq Holokostu Anma Günü ərəfəsində Təl-Əviv Universitetində Müasir Avropa Yəhudilərinin Tədqiqi Mərkəzi yəhudi irsinin qorunub saxlanması üçün dünya hökumətlərinin və vətəndaşlarının təşəbbüslərinə diqqət yetirərək “Haqlı bir iş naminə” adlı illik hesabatını dərc edib ki, sözügedən sənəd Holokostun öyrənilməsinə və ümumiyyətlə antisemitizm və irqçiliklə mübarizəyə fokuslanıb.

Hesabat ruhlandırıcı təşəbbüslərə görə minnətdarlığı ifadə etmək, digər oxşar fəaliyyətləri təşviq və gələcək təkmilləşdirmə yollarını təklif etmək məqsədi daşıyır.

Hesabatda həmçinin siyasi tövsiyələr də birləşdirilib ki, bunlardan biri də Qərb hökumətləri və beynəlxalq təşkilatlar tərəfindən Misir hakimiyyətini yəhudilərə, yəhudiliyə və bütövlükdə dini azlıqlara qarşı dini plüralizm və tolerantlıq mühiti yaradan siyasətini davam etdirməyə təşviq olunmalıdır.

Bundan əlavə, hesabatda qeyd olunur ki, İsrail yəhudilərə və yəhudiliyə qarşı dözümlülük nümayişini səmimiyyətlə alqışlamalı və Misirdə və digər ərəb ölkələrində yəhudi irsini canlandırmaq məqsədi daşıyan təşəbbüslərə maliyyə də daxil olmaqla dəstək verməlidir.

“Ərəb dövlətlərindən köçmüş İsrail yəhudiləri turizm, təhsil və mədəniyyət mübadiləsi vasitəsilə zaman və məkan boşluqlarının aradan qaldırılmasında rol oynaya bilərlər”, deyə hesabatda vurğulanır.

Hesabatda həmçinin təklif edilir ki, İsrail və Misir bu ərəb ölkəsindəki yəhudi icmasının iştirakı ilə birgə hökumət və mülki təşəbbüslər ilə çıxış etməlidir:

“Bu cür fəaliyyətlər qonşulara bir-birlərinə minnətdarlıqlarını ifadə etməyə, unudulmuş ortaq tarixini canlandırmağa və ümumi gələcəklərini qurmağa imkan verə bilər”.

Hesabatda təqdim olunan nəticələr göstərir ki, Holokostun tanınması və ondan əldə edilən dərslər son vaxtlar hətta Holokost sahəsində təhsilinin nadir görüldüyü ölkələrdə, o cümlədən Afrika və Ərəb Dünyasında genişlənib. Bu müsbət tendensiya ilə yanaşı, Qərbi Avropa, Amerika və Avstraliyada Holokostun inkarına qarşı və antisemitizmlə mübarizə üçün bir çox təhsil, sosial və hüquqi təşəbbüslər irəli sürülüb ki, bu da problemin ciddiliyinin geniş şəkildə tanındığını göstərir.

Antisemitizmin tanınması artmaqdadır

Hesabatın nəticələri göstərir ki, Holokostun tanınması və öyrədilməsi hətta əvvəllər bu mövzu barədə söhbətlərin nadir rast gəlindiyi ölkələrdə də yayılıb.

Hesabatda Kiprlə bağlı geniş müzakirələr yer alır və Kipr təqlid ediləcək bir model kimi təqdim edilir:

“Ölkədə son illərdə heç bir antisemitizm hadisəsi qeydə alınmasa da, onun hökuməti Holokost tarixinin və ondan alınan dərslərin təhsil sistemində, hüquq-mühafizə orqanlarında və idman klublarında öyrədilməsinə xüsusi diqqət yetirir”.

Hesabatda yəhudi xalqının yaşadığı faciələr ilə Afrika qitəsində törədilən bəşəriyyətə qarşı cinayətlər arasında oxşarlıq görən bir sıra Afrika ölkələrində yəhudi tarixinə və Holokosta artan maraq təhlil edilib.

“Bu faciə məsələn, Ruandadakı Soyqırım Memorial Milli Muzeyində yad edilir. Bu muzeydə Holokostdan 40 il sonra dünyanın sükutla seyr etdiyi Tutsi azlığının soyqırımı xatırlanır”, deyə hesabatda qeyd edilir.

Əhəmiyyətli müsbət irəliləyişlər keçmiş kommunist ölkələrində də müşahidə olunub. 2021-ci ilin dekabrında Rumıniyadakı Elie Wiesel adına Holokostun Tədqiqi üzrə Milli İnstitutu “Holokostdan Hekayələr - Yerli Tarixlər” layihəsinə start verilib. Bu təşəbbüs rumınların Holokost zamanı təqib edilən yəhudilər və qaraçıların nöqteyi-nəzərindən öz icmalarının tarixi haqqında biliklərini artırmaq məqsədi daşıyırıb.

2022-ci ildə layihəyə yəhudilərin və qaraçıların həyat hekayələrini və bu qaranlıq dövrdə çəkdikləri əziyyətləri əks etdirən küçə sərgiləri daxil edilib.

2022-ci ilin noyabrında Bolqarıstan Xarici İşlər Nazirliyi antisemitizmlə mübarizə və yəhudi irsinin qorunması ilə bağlı beynəlxalq konfrans təşkil edib.

Ukraynada da antisemitizmlə mübarizədə irəliyə doğru mühüm addım qeydə alınıb. 2022-ci ilin fevralında, faşist Rusiyanın işğalından cəmi bir həftə əvvəl Ukrayna parlamenti antisemit nifrət cinayətlərinə görə sərt cəza tədbirlərini təsdiqləyib. Qanunda antisemitizm zorakılığına görə 5 ildən səkkiz ilə qədər həbs və antiyəhudi təhrikinə görə külli miqdarda cərimə təyin edilib.

Hesabatda yəhudi irsinin qorunub saxlanması, Holokost haqqında öyrədilməsi və antisemitizmlə mübarizə üçün ötən il ərzində Qərb dünyasında irəli sürülən bir çox təşəbbüslər sənədləşdirilib. Təşəbbüslər internetdə antisemitizm təbliğatının yaratdığı təhlükələr barədə artan məlumatlılığın, eləcə də gənc nəsillərin Holokost haqqında maarifləndirilməsinin vacibliyinin daha çox tanınmasını göstərir.

Əhəmiyyətli təşəbbüslərə aşağıdakılar daxildir:

Avropa Komissiyası “Avropa İttifaqının Antisemitizmlə Mübarizə və Yəhudi Həyatının Təşviqi üzrə Strategiyasının (2021-2030)” birinci ildönümünü qeyd edb.

Birinci il ərzində tədbirlərə aşağıdakılar daxildir:

- İnternetdə antisemitizmlə mübarizə;

- Antisemitizm hadisələrinin qeydə alınması üçün ümumi, standart metodologiyanın işlənib hazırlanmasını öhdəsinə götürmüş 11 Aİ üzv dövləti və bir sıra beynəlxalq təşkilatlar tərəfindən Vyana Bəyannaməsinin imzalanması;

- Moldova, Ukrayna, Gürcüstan, Polşa, Macarıstan, Slovakiya və Çexiyadakı yəhudi qəbiristanlıqlarının qorunması layihəsinə start verib.

2022-ci ildə keçirilən müzakirələrdən sonra Avropa Parlamenti və Avropa Komissiyasının onlayn platformalardan nifrət nitqini aradan qaldırmağı, alqoritmlərdən istifadə haqqında məlumat verməyi və nifrət nitqi ilə bağlı şikayətləri həll etmək üçün aydın qaydaları tələb edən Rəqəmsal Xidmətlər Aktını qəbul etməsi gözlənilir.

Hesabatda Almaniyanın “Borussiya Dortmund” futbol klubu Avropanın digər idman klublarına antisemitizmlə mübarizəyə sadiqlik modeli kimi təqdim olunur. Keçmişdə neonasist psevdofanlarının fəaliyyəti üçün münbit zəmin olan klub indi antisemitizmə qarşı fəal və qətiyyətli mövqe tutur. Digər tədbirlərlə yanaşı, klub gənc azarkeşlər üçün nasistlərin əsir düşərgələrinə düşərgələrinə maarifləndirici turlar təşkil edir və Yad Vaşem ilə sıx əməkdaşlıq edir.

Təl-Əviv Universitetinin Müasir Avropa Yəhudilərinin Tədqiqi Mərkəzinin rəhbəri, professor Uriya Şavit hesavatla bağlı deyir:

“Təəssüflə etiraf etmək lazımdır ki, antisemitizmlə mübarizəyə qlobal dəstək verilsə də, yəhudi olmaq demək olar ki, dünyanın hər yerində daha az təhlükəsiz hala gəlib. Amma mübarizədən imtina etmək həll yolu deyil. Biz sistemli, müqayisəli şəkildə nəyin edildiyini və nəyin yaxşılaşdırıla biləcəyini öyrənməliyik”.

Şavit paylaşmasında yazır: “Məqsədimiz dünyada antisemitizmlə mübarizədə müsbət təşəbbüsləri işıqlandırmaq olsa da, hesabatın əvvəlində qeyd etmişdik ki, mübarizə yəhudi ziyalılarının və təşkilatlarının kimliyini müəyyən edən yeganə amil olmamalıdır, yəhudi mənəvi kompası olmalıdır. Təkcə bu məsələ ilə məhdudlaşmamalı və yəhudi tarixinin öyrənilməsi yalnız Holokostla bağlı olmamalıdır. İsrail faşizm kökləri olan Avropa siyasi partiyaları ilə bağlı deyimlərində qeyd-şərt ifadə edə bilməz və Avropada faşist kökləri olan İsrail partiyalarına fərqli münasibət gözləyə bilməz”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar