Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərdoğanın Şuşaya gəlişi Ermənistanın himayədarlarına mesajdır”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya gözlənilən səfəri gündəmin əsas müzakirə mövzusudur.

"Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük. İyunun 16-da Bakıda hərbçilərimizlə görüşəcəyik”, – deyə Türkiyə Prezidenti bildirib.

Ekspertlərin fikrincə, Ərdoğanın Azərbaycana səfəri çərçivəsində xüsusilə Şuşa getmək istəyi Ankaranın Qarabağ savaşında Bakıya verdiyi dəstəyin davamı sayıla bilər. Şuşa Qarabağ savaşında açar bölgə rolunu oynayır. Təsadüfi deyil ki, ermənilər ciddi-cəhdlə bu şəhəri geri qaytarmağa çalışır və bunu açıq şəkildə bəyan etməkdən çəkinmir. Təbii ki, rəsmi İrəvan bu məsələdə daha çox himayədarlarının dəstəyinə ümid edir.

Belə bir məqamda Türkiyə Prezidentinin Şuşaya gəlişi həm də Ermənistanın himayədarlarına mesajdır.

“Türkiyə bu addımı ilə sona qədər Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Bundan əvvəl Ərdoğan Qələbə paradında iştirak etmişdi. Bu addımlar, əlbəttə ki, siyasi xarakter daşıyır və güman ki, bunun praktik nəticələri də olacaq. Türkiyənin Azərbaycana dəstəyi davam etdikcə, Bakını Qarabağ münaqişəsində mövqelərindən geri çəkilməyə məcbur etmək asan olmayacaq. Ona görə də Ərdoğanın Şuşa səfəri kifayət qədər əhəmiyyətli siyasi akt kimi qiymətləndirilə bilər”, – deyə ekspertlər bildirib. (hit.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar