Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ərdoğanın Ermənistana çağırışı... - İrəvanın bu çağırışa cavabı müsbət ola bilər?

Türkiyə prezidentindən əvvəl Azərbaycan prezidenti də dəfələrlə Ermənistana bu cür çağırışlar edib...

Politoloq: “Ermənistanda da Zəngəzur dəhlizinin açılmasına müsbət fikirlər var. Hal-hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan çıxışında Zəngəzur dəhlizinin onlar üçün maraqlı olduğu ilə bağlı fikirlər səsləndirib”.

Ermənistan Zəngəzur dəhlizi vasitəsilə Rusiyaya çıxış imkanı qazanır. Bu barədə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirdi”.

Bu sözləri politoloq İlyas Hüseynov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdən Ermənistana çağırış etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ərdoğan Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağırış edərək altılıq platformadan Ermənistanın da qazanclı çıxa biləcəyini dedi. Ərdoğan Ermənistanın Zəngəzur dəhlizindən istifadə edərək Rusiyaya çıxış imkanı qazanacağını xatırlatdı. Ərdoğan bundan başqa Türkiyənin Ermənistanla sərhədi aça biləcəyinə işarə etdi.

Bildiyimiz kimi Türkiyə prezidentindən əvvəl Azərbaycan prezidenti də dəfələrlə Ermənistana bu cür çağırışlar edib. Ermənistanın bu çağırışları müsbət qarşılacağını gözləmək olar? Ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasına Ermənistan imkan verməsə, regionda proseslər hansı istiqamətdə gedəcək?

Zəngəzur dəhlizinin gələcək taleyini PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Nikol Paşinyan üçtərəfli bəyanatda bu bəndin olmasına rəğmən bunu dəhliz kimi nəzərdən keçirməyərək, yalnız bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılmasına işarə edir”.

Ermənistanda revanşist ritorikanın qarşısını almaq üçün müdrik və rasional siyasətçilərin fikirlərinin daha çox nəzərə çarpdığını düşünən politoloq PİA.az-a bildirib ki, Ermənistanın ilk prezidenti Ter-Petrosyan da artıq revanşizmdən kənar durmaq və yalnız nəqliyyat, kommunikasiya xətləri vasitəsilə iqtisadi imkanların əldə edilməsində maraqlı olduqlarını bildirib. Bu nöqteyi-nəzərdən Ter-Petrosyanın fikirləri ilə Paşinyanın fikirləri arasında uyğunluq müşahidə olunur:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 15-16 iyun tarixində Azərbaycana səfəri zamanı bir sıra mühum mesajlar verildi və Şuşada müttəfiqlik haqqında bəyannamə imzalandı.

Şuşada olduğu kimi Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə də Ermənistana çağırış edərək altılıq platformada Ermənistanın da qazanclı çıxa biləcəyini qeyd etdi. Xatırladım ki, altılıq platforması haqqında ilk fikir Bakıda 10 dekabrda keçirilən Zəfər paradında deyilmişdi. Bu çox cəlbedici layihə kimi beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilmişdir­. Burada Cənubi Qafqaz dövlətləri - Ermənistan, Azərbaycan və Gürcüstanla yanaşı bölgədəki regional güclər - İran, Türkiyə və Rusiyanın marağında olan layihə nəzərdən keçirilir.

Zəngəzur dəhlizindən istifadə edərək Ermənistan da qazanclar əldə edə bilər. Bunun üçün Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməli və bölgədəki rifahın formalaşması istiqamətində rasional addımlar atmalıdır. Eyni zamanda burada geoiqtisadi imkanlar da yaranır. Ermənistan Zəngəzur dəhlizi vasitəsilə Rusiyaya çıxış imkanı qazanır. Bu barədə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirdi.

İlyas Hüseynov: “Hazırkı durumda isə bölgədə işğala son qoyulubsa, bölgədə iqtisadi imkanlar yaranırsa, bölgədə sülhü bərqərar etmək üçün variantlar düşünülürsə, onda Ermənistanla sərhədlərin açılması haqqında da müxtəlif konturlar müəyyənləşə bilər”.

Həmçinin Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ermənistanla sərhədlərinin açılması ilə bağlı da məsələlərin gələcəkdə müzakirə oluna bilməsinə işarə etdi. Zaman-zaman Türkiyənin xarici siyasətində Ermənistanla sərhədlərin açılması haqqında müxtəlif fikirlər var idi. Amma yekun qərar belə olmuşdu ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə bu cür addım atıla bilməz. Bu da Azərbaycan və Türkiyə arasında olan dostluq münasiblərinə bir işarə idi.

Hazırkı durumda isə bölgədə işğala son qoyulubsa, bölgədə iqtisadi imkanlar yaranırsa, bölgədə sülhü bərqərar etmək üçün variantlar düşünülürsə, onda Ermənistanla sərhədlərin açılması haqqında da müxtəlif konturlar müəyyənləşə bilər. Azərbaycan prezidentinin də əgər Azərbaycan-Ermənista­n sərhədləri müəyyənləşərsə, biz sülh müqaviləsinin imzalanmasına razıyıq bəyanatı bu kontekstdə nəzərdən keçirilə bilər.

Qeyd edim ki, Ermənistanda da Zəngəzur dəhlizinin açılmasına müsbət fikirlər var. Hal-hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan çıxışında Zəngəzur dəhlizinin onlar üçün maraqlı olduğu ilə bağlı fikirlər səsləndirib. Amma Nikol Paşinyan üçtərəfli bəyanatda bu bəndin olmasına rəğmən bunu dəhliz kimi nəzərdən keçirməyərək, yalnız bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılmasına işarə edir. Həm Şuşa bəyannaməsinin, həm də Azərbaycan və Türkiyənin ortaq strateji mövqeyi bundan ibarətdir ki, Zəngəzur dəhlizi məhz koridor olmalıdır. Yəni yüklərin daşınması koridor formasında həyata keçirilməlidir.

İlyas Hüseynov: “Həm Şuşa bəyannaməsinin, həm də Azərbaycan və Türkiyənin ortaq strateji mövqeyi bundan ibarətdir ki, Zəngəzur dəhlizi məhz koridor olmalıdır. Yəni yüklərin daşınması koridor formasında həyata keçirilməlidir”.

Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistanda revanşist ritorikanın qarşısını almaq üçün müdrik və rasional siyasətçilərin fikirləri daha çox nəzərə çarpır. Ermənistanın ilk prezidenti Petresyan da artıq revanşizmdən kənar durmaq və yalnız nəqliyyat, kommunikasiya xətləri vasitəsilə iqtisadi imkanların əldə edilməsində maraqlı olduqlarını bildirib. Bu nöqteyi-nəzərdən Petresyanın fikirləri ilə Paşinyanın fikirləri arasında uyğunluq müşahidə olunur.

Ümumilikdə regional proseslər həm Cənubi Qafqaz dövlətlərinin, həm də bölgədə olan dövlətlərin iqtisadi imkanlarının nəzərdən keçirilməsi nöqteyi-nəzərdən yaxşıdır. Qafqazda nəhayət sülhün bərqərar olunması istiqamətində mühüm strateji addımların atılması aydın nəzərə çarpır. Bildiyimiz kimi Rusiya ilə Gürcüstan arasında ərazi problemləri var. Buna görə də Rusiya və Gürcüstanın bu platformada hansı yerlərdə iştirak etməsi sual doğururdu. Lakin Gürcüstanın bu lahiyəyə isti yanaşdığı ilə bağlı işartıları var. Əgər bu istiqamətdə ümumi razılıq əldə olunarsa, gələcəkdə siyasi, geosiyasi problemlərin də sırf iqtisadi zəmində əldə olunan mənfəətlər və dividendlər vasitəsilə həll olunacağı gözləniləndir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

Vilayət Eyvazov iki polis rəisini vəzifədən uzaqlaşdırdı

Ən çox oxunanalar