Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: "Sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın"

“Bütün baş verənlər Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bugünkü xüsusi iclasında çıxışı zamanı deyib.

Ərdoğan bildirib: “Misal olaraq, Zəngəzur dəhlizində işləməyə başlayacaq dəmiryolu ilə ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya gedə biləcəklər. Bununla da öz-özlərinə tətbiq etdikləri blokadadan azad ola biləcəkdilər. Qardaşımla birlikdə təklifimizi etdik. Təklif etdik ki, altı ölkə birgə platforma quraq. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın”.

"Bu məsələdə Gürcüstanın bəzi özünəməxsus sualları vardı. Gürcüstanın baş naziri ilə son Türkiyə səfərində bunu danışdıq və dedim ki, bu Gürcüstanın lehinə olacaq. Bu addımı ataq. Biz Ermənsitanla aramızda olan problemi bilirik. Lakin bütün bunlara rəğmən azərbaycanlı qardaşlırımızın da problemlərinin həll olunmasını istəyirik. Eynilə sizin də Eusiya ilə problemləri həll etməyinizdə platform vəsilə olacaq. Dedi çalışarıq. Yaxşı olar dedik. Çünki bu bölgənin sülhə ehtiyacı var", - Ərdoğan əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar