Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan İdlib bölgəsində atəşkəs razılaşmasından danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində atəşkəsin təmin edilməsindən danışıb...

“Report”un “Anadolu”ya istinadən məlumatına görə, dövlət başçısı bildirib ki, Suriyadakı hadisələrin Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərə mənfi təsir etməməlidir.

"Ona görə də bu gün önəmli bir addım atdıq və atəşkəsə razılaşdıq. Həmin razılaşmadakı üç maddə önəmlidir. Atəşkəs bizə bir neçə sahədə dividentlər verəcək. Birincisi, ölkəmizin hüdudları rejim və terror hücumlarından daha təhlükəsiz vəziyyətə gətirilir. İkincisi, İdlib bölgəsində həyatın stabilləşməsi və normallaşmasına zəmin yaranır. Üçüncüsü, orada olan hərbçilərimizin təhlükəsizliyi təmin edilir. Dördüncüsü isə mülki şəxslərin qorunması üçün önəmli bir addım atılmış oldu", - o deyib.

Ərdoğan vurğulayıb ki, Türkiyə atəşkəsin nəzarət altında saxlanılması üçün Rusiya ilə təmasda olacaq: "Məqsədimiz Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsindəki Suriyadakı vətəndaş müharibəsinə son qoymaqdır. Buraya gələrkən məqsədimiz atəşkəsi təmin etmək idi və bunu edə bildik. Bununla belə, rejimin hər cür hücumlarına hazır vəziyyətdə olacağıq. Bu məsələdəki qətiyyətimizi son bir həftədə rejimə göstərmişik”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar