Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan gözlənilən sürpriz xəbərləri açıqladı - Qərb ölkələri bir-birinə dəydi + Videolar

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sürpriz mesajı verdi: “Kipr Türk Dövlətinin daha geniş formada tanınması üçün hər şeyi edəcəyik”.

“Haber7” xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin ildönümü ilə bağlı toplantıda çıxış edən Ərdoğanın sözlərinə görə, artıq Kipr türklərinin bir tələbi var, o da müstəqil dövlət statusunun tanınmasıdır: “Artıq Şimal, Cənub Kipr deyə bir anlam qalmayıb. Ona görə də ən qısa zamanda Kipr Türk Dövlətinin geniş bir çevrədə tanınması istiqamətində hər çeyi edəcəyik. Yaxın zamanlarda bunun nəticələrini görməyə başlayacağıq. Adada ikigünlük görüşlərimiz zamanı kiprli qardaşlarımızın bu məsələdə necə də qərarlı olduğunu gördük”.

Türkiyə Prezidenti Şimali Kipr Türk Cümhuriyyətinə səfəri zamanı Qapalı Maraş bölgəsinin beşdə üçünün "hərbi bölgə" statusundan çıxarılacağını deyib. 

Bu isə ABŞ, Avropas Birliyi, Yunanıstan və İngiltərə tərəfindən böyük narahatlıq  və narazılıqlla qarrşılanıb. 

Qeyd edək ki, Maraş Bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib. O dövrdə təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub. 1974-cü ildən insan həyat üçün qapalı olan bölgənin təsərrüfatı tamamilə dağılıb. "Xəyallar şəhəri” adı ilə bütün dünyada məşhur olan Maraş qədim türklərin "Cənnət adası” saydıqları Kiprin ən dilbər guşələrindən biri kimi şöhrətli olub.

Şimali Kipr Türk Respublikasının Mağusa şəhərində yerləşən Qapalı Maraş bölgəsi 60-70-ci illərdə dünyanın ən böyük turizm mərkəzlərindən biri olub. Hətta otelləri və qumarxanaları ilə məşhur bu şəhər Aralıq dənizinin "Las Vegas”ı da hesab edilib.

Lakin bu gün Maraş, keçmiş yunan adı ilə Varoşa, Aralıq dənizi sahilində Kipr adasının insansız şəhərinə çevrilib. Maraş artıq el arasında "kabus şəhər” adlanır.

Ərdoğanın bölgəni yenidən turizm cənnətinə  cevirmək istiqamətində addımlar atılacağını bəyan etməsi bütün türk düşmənlərin narahat edib. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar