Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Füzulidən sonra Zəngilana da gedəcək: Ağıllı Aqorparkın təməlini qoyacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana edəcəyi qısamüddətli işgüzar səfərin proqramı açıqlanıb. Türkiyə prezidenti administrasiyasının bu barədə az əvvəl yaydığı rəsmi məlumatda deyilir:

-Prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti, hörmətli İlham Əliyevin dəvəti ilə 26 oktyabr 2021-ci il tarixində Azərbaycana bir günlük işgüzar səfər edəcək.

Hörmətli Prezidentimiz Azərbaycan Prezidenti hörmətli Əliyevlə birlikdə Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Füzulidə qısa müddət ərzində tamamlanan Beynəlxalq Hava Limanının açılışı ilə bölgədə yeni avtomobil yolunun və Zəngilanda Türkiyənin də iştirakı ilə inşa ediləcək Ağıllı Aqrokompleksin təməl atma mərasimlərində də iştirak edəcəklər.

Səfər sırasında aparılacaq müzakirələrdə Türkiyə-Azərbaycan münasibətləri bütün yönləri ilə nəzərdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı aktual regional və beynəlxalq hadisələr haqqında da fikir mübadiləsinin aparılması nəzərdə tutulur. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar