Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan birgə təlimlərin şəxsi heyətinə xitab etdi: “Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin başa çatması münasibətilə təlimlərə cəlb edilən şəxsi heyəti təbrik edib.

Türkiyə lideri təlimləri izləyən milli müdafiə naziri Hulusi Akarla telefon əlaqəsi yaradaraq hərbçilərə xitab edib.

“Bir millət, iki dövlət” anlayışı ilə bu təlimləri uğurla həyata keçirdiniz. Sizlər dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz”, - deyə R.T.Ərdoğan bildirib.

O, çətin relyef və kəskin hava şəraitində keçirilən təlimlərin iki ölkənin ordularının da güclənməsinə töhfə verəcəyini qeyd edib.

“Bundan sonrakı təlimlərdə bu güc sizin ən vacib hərəkətverici qüvvəniz olacaq. Türkiyə və Azərbaycan bu təlimlərlə həmrəyliyini, birliyini gələcəkdə daha da gücləndirərək davam etdirəcək. Türkiyə olaraq biz bütün azərbaycanlı qardaşlarımızı candan sevirik. Candan sizi bağrımıza basırıq. Bu təlim də göstərir ki, biz bir-birimizlə ətlə sümük kimiyik. Kimsə bizi bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcək! İlham Əliyev qardaşımı da göstərdiyi qardaşlıq, sevgiyə görə ürəkdən təbrik edir, sizləri gözlərinizdən öpürəm. Sağ olun, var olun!”.

pia.az 


Etiket: Ərdoğan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar