Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan ABŞ-a səfər edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19-22 sentyabr tarixlərində ABŞ-a səfər edəcək. Sentyabrın 20-si T.Ərdoğan Nyu-Yorkda Türkiyə Evinin açılışında iştirak edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

Məlumata əsasən, T.Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasının birinci günündə - sentyabrın 21-də iştirakçılara müraciətlə çıxış edəcək. Baş Assambleyanın sessiyası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın bərpası, planetin ehtiyaclarına reaksiya, insan hüquqlarına hörmət və BMT-nin canlandırılması kimi mövzulara həsr ediləcək.

Sessiya çərçivəsində Türkiyə Prezidenti bir sıra ölkələrin liderləri, həmçinin BMT-nin baş katibi Antonio Quterreşlə ikitərəfli görüşlər keçirəcək.
T.Ərdoğan Türkiyə-Amerika Milli Koordinasiya Komitəsinin təşkil etdiyi "Daha ədalətli dünya mümkündür" konfransına qatılacaq, Türk və Müsəlman cəmiyyətlərinin nümayəndələri ilə görüşəcək və ABŞ mediasına müsahibələr verəcək.

Qeyd edilir ki, dövlət başçısının ABŞ iş dünyası nümayəndələrinin iştirakı ilə keçiriləcək Türkiyənin 11-ci İnvestisiya Konfransının ənənəvi qala şam yeməyinə də qatılması gözlənilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar