Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmlak ekspertindən Təhsil Nazirinə açıq məktub: “Tələbələrin kirayə evlərə maddi gücü çatmır”

Əmlak eksperti Elnur Fərzəliyev Təhsil naziri Emin Əmrullayevə açıq məktubla müraciət edib.

Məktubu təqdim edirik:

“Hörmətli cənab nazir, mən Fərzəliyev Elnur Sabir oğlu uzun illərdir daşınmaz əmlak sahəsində ekspert olaraq fəaliyyət göstərirəm və bu sahənin inkişafı ilə bağlı yüzlərlə müsahibələrin, təkliflərin müəllifiyəm. Demək olar ki, bu gün Azərbaycan əhalisinin hər biri orta təhsilli, çox böyük hissəsi isə ali təhsillidir. Bu, çox sevindirici haldır. Hətta iki və ya üç ali təhsilli vətəndaşlarımızın da sayı az deyil. Bu gün “Yetər ki, oxumaq istə” prinsipi ilə ali təhsil almaq arzusunda olan hər kəs ali təhsil ocaqlarına qəbul olub, oxuya bilər. Bunun üçün ölkəmizdə tam şəffaf və münbit şərait yaradılıb.

Təssüflər olsun ki, 90-cı illərdən başlayaraq mənfur düşmənin işğal siyasəti yüz minlərlə vətəndaşlarımızı öz yurd-yuvalarından didərgin saldı, torpaqlarımızın 20 faizi yağı düşmən tərəfindən işğal olundu. Məcburi köçkünlərimiz ölkənin müəyyən yerlərinə, həmçinin ali təhsil müəssisələrinin tələbə yataqxanalarına sığınaraq uzun illər orada yaşamaq məcburiyyətində qaldılar. Bu səbəbdən 28 ildən artıqdır ki, tələbələrimizin yataqxana problemi aktual olaraq qalmaqdadır. Bu gün bölgələrimizdən paytaxta təhsil almaq üçün gələn tələbələrin üzləşdiyi ən böyük problem evsizliklə bağlıdır. Məlumdur ki, paytaxtımızda mənzillərin kirayə qiyməti çox yüksəkdir və bu evləri kirayələmək hər bir tələbə üçün əlçatan deyil. Mərkəzə yaxın ərazilərdə 1 otaqlı mənzilin kirayə qiyməti 250 – 300 manat olduğu üçün bir otaqda iki tələbə deyil, məcburən dörd və ya beş tələbə yaşayır. Bu cür sıxlıq isə onların təhsilinə mənfi təsir göstərir. 2016-cı ildən başlayaraq davam edən pilot layihələr səbəbindən isə paytaxtdakı əksər köhnə tikili binalar sökülərək yeniləri ilə əvəzlənir və bu səbəbdən ucuz kirayə mənzillər artıq dövriyyədən çıxmış olur. Tələbələr məcburən şəhər kənarında evlər kirayələsələr də, bu, onların vaxtının çoxunun yollarda itirilməsinə səbəb olur.

Cənab Prezident İlham Əliyevin apardığı dayanıqlı və uzaqgörən siyasət nəticəsində məcburi köçkünlərimizin böyük əksəriyyəti yeni evlərlə təmin olunub və onlar artıq istismar müddətini bitirmiş,qəzalı vəziyyətdə olan yataqxanalarda deyil, tam şəraitli təmirli mənzillərdə yaşayırlar. Şükürlər olsun ki, cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev 28 ildən artıq düşmən işğalında olan torpaqları da Azərbaycan ordusunun və xalqının dəstəyi ilə düşməndən müharibə yolu ilə geri aldı və beləliklə, ərazi bütövlüyümüz təmin olunub. Artıq həmin ərazilərdə tikinti bərpa işləri davam edir və yaxın illərdə bütün məcburi kökünlərimizin öz yurd-yuvalarına köçmə prosesinə start veriləcək.

Cənab təhsil nazirimiz Emin Əmrullayev, ölkəmizdə, xüsusən də paytaxt Bakıda yeni tikili binalar və digər tikili obyektlərdə qiymətlərin baha olmasının ən başlıca səbəbi torpaq sahələrinin baha olmasıdır. Bu gün Sovet dövründən qalmış tələbə yataqxanaları artıq istismar müddətini çoxdan bitirib və yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi ərazilər və yataqxanalara məxsus olan torpaq sahələri tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan verir. Tikintinin maya dəyərinə nəzər salsaq, 1 kv/metr yeni tikili binanın sadəcə tikinti xərci 300 – 350 manat arası dəyişir. Normal təmirin 1kv/metrinin dəyəri isə istifadə olunacaq materiallardan asılı olaraq, 200 – 250 manat arası dəyişir. Yəni, 1 kv/metr təmirli mənzilin maya dəyəri təxmini 550 – 600 manata başa gəlir. Bura torpaq sahəsinin qiyməti və digər xərclər daxil deyil. Bu gün tələbələr üçün yeni hündürmərtəbəli, tam təmirli yataqxanalar tikmək, şəhərciklər salmaq və onları tələbələrə minimal qiymətlə icarəyə vermək həm tələbələrin yataqxana problemini aradan qaldırmış olar, həm də onu tikdirən təhsil müəssisələrinə hər ay külli miqdarda gəlir gətirmiş olar.

Köhnə yataqxana normativlərinə nəzər salsaq, 12 kv/metrlik bir otaqda iki tələbə qalırdı. Bu günkü bazar dəyəri ilə hesablasaq, 12 kv/metrlik təmirli iki tələbəlik bir otaq təxmini 7200 manata başa gəlir. Hər ay tələbə 50 manat ödəməklə, hər otağa 100 manat kirayə pulu ödəmiş olur. Bu isə o deməkdir ki, həmin yataqxanaların tikintisinə yatırılmış sərmayə 6 ilə geri dönüş edir və uzun illər boyu onu tikdirən ali təhsil müəssiələri o yataqxanalardan gəlirlər əldə edirlər. Həmin gəlirlərlə həm yataqxanaların saxlanılma və işci xərclərini, həm də müəllimlərin maaşlarını artırmaq olar.

Unutmayaq ki, keçmişin tələbələri ölkəmizin bu günkü ziyalılarıdır. Bungünkü tələbələr də gələcəyimizin ziyalıları, idarəedici şəxsləri və ölkənin yükünü çiyinlərində daşıyan şəxsiyyətləri olacaq”. (Millitribuna.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar